Məşhur müğənninin oğlu parkdan ölü tapıldı Foto


Şou-biznes 29 Haz 2025 18:43:00 77 0

Məşhur müğənninin oğlu parkdan ölü tapıldı  Foto

Adıyamanda məşhur türkü ifaçısı Kahtalı Hamidonun oğlu, 52 yaşlı Sinan Çelik bir parkda ölü vəziyyətdə tapılıb. Üç uşaq atası olan Sinan Çelikin dəqiq ölüm səbəbi aparılacaq tibbi ekspertizadan (otopsiyadan) sonra məlum olacaq.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adıyaman mərkəzdə yerləşən Sümerevler məhəlləsindəki Eğriçay Parkında işləyən Sinan Çelik səhər saatlarında parkda hərəkətsiz halda tapılıb.

Hadisəni görən vətəndaşların məlumatı əsasında təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəlib. Sağlamlıq qruplarının apardığı yoxlamalar nəticəsində Sinan Çelikin artıq həyatını itirdiyi müəyyən edilib.

Hadisə yerində aparılan ilkin araşdırmalardan sonra Sinan Çelikin cənazəsi Adıyaman Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb.