Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu


Şou-biznes 29 Haz 2025 16:22:00 81 0

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.

Son.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar" adlı yeni serialda baş rolda çıxış edəcək.

Hazırda layihənin aktyor heyəti üzərində iş gedir. Məlumata görə, Hilalla tərəf müqabili olmaq üçün iki tanınmış aktyor - Kaan Urgancıoğlu və Kenan İmirzalıoğlu ilə danışıqlar aparılır. Hansı aktyorun layihəyə daxil olacağı yaxın günlərdə müəyyənləşəcək.


Habere ait fotoğraflar