Sosial şəbəkədə yayılan suallardan imtahanda istifadə edilməyib Rəsmi
Digərləri 27 Haz 2025 19:21:00 86 0
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sertifikasiya imtahanının suallarının əvvəlcədən yayılması ilə bağlı iddialara münasibət bildirib.
Bu haberi de oku: Şəhid oğluna leytenant rütbəsi verildi FOTO
Qurumdan Son.az-a daxil olan məlumatda qeyd olunur ki, son günlər sosial şəbəkələrdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı həqiqətə uyğun olmayan və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş bəzi məlumatlar paylaşılır:
"İctimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yayımlanan bu suallardan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində istifadə edilməyib.
Bu yanaşma sağlam və əsaslı tənqid çərçivəsindən uzaqdır, təhsilin keyfiyyəti və inkişafı ilə əlaqəsi yoxdur".
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında sertifikasiya imtahanında düşən sualların öncədən bəzi şəxslərə verildiyini və müəllimlərin taleyinə təsir edən texniki problemlərin olduğunu iddia edib.