"Xalq artisti dedi ki, Elgiz mənim geyimlərimlə efirə çıxıb"
Şou-biznes 27 Haz 2025 18:00:00 84 0
"Efir öncəsi xanım Xalq artisti mənə yığdı ki, gəl, səninlə işim var. Efirə də 2 saat qalmışdı. Getdim onlara. Adını çəkməyəcəyəm. Çay içəndə ehtiyatsızlıq etdim, mürəbbə üstümə töküldü. Həyat yoldaşının köynəyini gətirdi. Efirə o geyimdə çıxdın. Üstündən 3 ay keçdi. Məclislərin birində məndən söhbət düşəndə həmin Xalq artisti deyib ki, Elgiz mənim geyimlərimlə efirə çıxıb".
Bu haberi de oku: Azərbaycanlı müğənni hovuz görüntüsünü yaydı VİDEO
Bu sözləri Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, ilk efirə çıxdığı zamanlarda müğənni Nadir Qafarzadənin ona etdiyi yardımdan danışıb:
"Mənə Nadir Qafarzadə 5 kostyum verib. Hələ efirlərə təzə çıxırdım. Dedi ki, qarderobumda qəşəng kostyumlarım var, sənə hədiyyə edim. Onları sevə-sevə geyindim. Heç kim də bilmədi ki, bunlar Nadirindir. Nə oldu, zərləri töküldü? Gözünüzdən düşdüm?" (Axşam.az)
Kaynak: milli.az