Əməkdar artist xəstəxanaya yerləşdirildi FOTO


Şou-biznes 27 Haz 2025 17:16:00 83 0

Əməkdar artist xəstəxanaya yerləşdirildi  FOTO

Əməkdar artist Rəhman Rəhmanov xəstəxanaya yerləşdirilib.

Son.az-ın məlumatına görə, bu barədə "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər məlumat verib. O, bildirib ki, ötən gün aktyorun vəziyyəti pisləşib burnundan qan açılıb. Aktyor özü də xəstəxanadan efirə görüntülü qoşularaq səhhəti ilə bağlı açıqlama verib:

"65 yaşım var, bu günə qədər qanaxma nədir bilməmişəm. Amma 4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi. Özü də sel kimi. Təcili yardıma müraciət etdim. Gecəyarı idi, xəstəxanaya apardılar. Orada müalicə etdilər. Qanaxma dayandı. Lakin evə gəldim, qanaxma yenidən başladı. Sonra başqa bir həkimə müraciət etdim. İndi qanaxmam dayanıb. Yəqin ki, daha da yaxşı olacağam".  /Axşam.az