7 bal gücündə zəlzələ olacaq, hazırlıqlı olun Professordan xəbərdarlıq
Digərləri 27 Haz 2025 10:42:00 89 0
Sivasın Ulaş rayonunda baş verən 3,9 bal gücündə zəlzələdən sonra tanınmış geoloq Prof. Dr. Naci Görür bölgə ilə bağlı ciddi xəbərdarlıq edib.
Bu haberi de oku: Azərbaycanda “Formula 1” filminin qapalı nümayişi baş tutub VİDEO FOTO
Milil.A türk mediasına istinadla xəbər verir ki, Kayseri ilə Mersin arasında yerləşən Ecemiş fay zonasında 7 bal gücündə zəlzələ ola biləcəyini bildirib.
Prof. Dr. Naci Görür sosial media hesabından verdiyi açıqlamada zəlzələnin Ecemiş fay zonasının Tecer qolunda baş verdiyini bildirib. O qeyd edib:
"Örenlice-Ulaş/Sivasda 4.0 bal gücündə zəlzələ baş verdi. Bu, Ecemiş Fay Zonasının Tecer Fay qolundadır. Bu qol 7 bal gücündə zəlzələ yarada bilər. Sol tərəfli bir qırılmadır. Ecemişs quyusu Mersin quyusuna qədər uzanır" .
Görürün sözlərinə görə, bu fay xətti seysmik cəhətdən aktivdir və potensial böyük zəlzələ riski daşıyır. Onun bu açıqlamaları xüsusilə Kayseri, Niğde, Adana və Mersin bölgələrində yaşayanlar üçün xəbərdaredici siqnal kimi qiymətləndirilir.
Geoloqlar və müvafiq qurumlar zəlzələ riski olan ərazilərdə yaşayan vətəndaşları hazırlıqlı olmağa, tikililərin dayanıqlığını yoxlamağa və fövqəladə hallara dair tədbirləri yenidən gözdən keçirməyə çağırır.
Fidan Son.az