Arda Güleri kəşf edən məşqçi: "Əlavə 1 saat da bunun üzərində işləyirdi"
Digərləri 27 Haz 2025 12:43:00 67 0
"Fənərbağça"da işlədiyi vaxtda Arda Güleri kəşf edən və ona debüt imkanı yaradan portuqaliyalı məşqçi Vitor Pereyra türkiyəli istedad haqqında xatirələrini danışıb.
Bu haberi de oku: Sabah isti olacaq
Son.az oxu.az-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis A.Gülerin inadkarlığını vurğulayıb.
"Əgər səhv edib topu itirərdisə, yenidən onu qazanmağa çalışar və fikirləşdiyini təkrar etməyə cəhd edərdi. O mənə "Portu"da işlədiyim illərdə bizə qoşulan 19 yaşlı Xames Rodrigesi xatırlatdı. Hər ikisi inanılmaz istedadlı oyunçulardır", - Vitor Pereyra qeyd edib.
V.Pereyra bildirib ki, A.Güler məşqini bitirəndən sonra meydançanı tərk etməz və daha bir saat sol ayağı üzərində işləməyə davam edərdi.
Kaynak: milli.az