İki illik evlilikləri bitir


Şou-biznes 25 Haz 2025 23:47:00 93 0

İki illik evlilikləri bitir

Məşhur türkiyəli aktrisa Ezgi Mola əri Mustafa Aksakallıdan boşanmaq qərarına gəldiyini açıqlayıb.

Son.az xəbər verir ki, aktrisa bu barədə sosial media hesabında paylaşım edib:

"İki illik evliliyimizi bitirməyə qərar verdik. Bir-birimizə olan sevgimizin ən gözəl hədiyyəsi Candır. Onunla ən gözəl şeyləri yaşamaq üçün əlimizdən gələni edəcəyik. Prosesin davamında dostluğumuza zərər vermədən, incitmədən, qırmadan bir-birimizin yanında olacağıq. Bizdən eşitmədiyiniz heç bir şeyə inanmayın".