"Aclıqdan quru çörək yeyirdim"


Şou-biznes 25 Haz 2025 18:00:00 78 0

"Aclıqdan quru çörək yeyirdim"

"Onun yanında yaşayanda ancaq quzu əti, yağ-bal yeyirdim"

Əməkdar artist Rəhman Rəhmanov açıqlaması ilə diqqət çəkib.

Son.az xəbər verir ki, aktyor çətin keçən gənclik illərini yada salıb.

"Uşaq vaxtımdan məni nənəm böyüdüb, çox imkanlı qadın idi. Onun yanında yaşayanda ancaq quzu əti, yağlı, ballı yeməklər yeyirdim. Nənəm məni tək uşaq olduğuma görə musiqi təmayüllü internat məktəbinə yazdırdı. Birinci sinifdən orada oxudum. Mən o qədər imkanın içində aclığın nə olduğunu gördüm. İnternatın yeməkxanasında artıq qalan çörəkləri qurudurdular ki, ətə vursunlar. Mən ac olurdum və o çörəkləri yeyirdim. 14-15 yaşımda poçtalyon işlədim. O vaxt bu işi görmək çox çətin idi. Daha sonra Kukla Teatrında 60 manata fəhlə işləmişəm. İndi o günləri xatırlayanda deyirəm ki, Allah mənə yaxşı ki, ağıl verib və başqa işin dalınca getməmişəm. Ona çox şükür edirəm. O günlər olmasaydı, indiki günlərin qədrini bilməzdim".