Dövlət buğdanı 400 manata alacaq Hökumətdən fermerlərə dəstək addımı
Digərləri 24 Haz 2025 15:54:00 80 0
Yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti müəyyənləşdirilib.
Bu haberi de oku: Bəzi qəsəbələrdə qaz olmayacaq
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə bu Sərəncamın əlavəsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2025-ci il üçün 400 manat müəyyən edilib.
Məlumat üçün bildirək ki, qərar iyunun 23-dən qüvvəyə minib.