Ətirin tarixi ilə bağlı ŞOK MƏLUMATLAR: Qədim sivilizasiyalar gözəllik sirrini necə qoruyurdu?


Digərləri 24 Haz 2025 13:07:00 81 0

Ətirin tarixi ilə bağlı ŞOK MƏLUMATLAR: Qədim sivilizasiyalar gözəllik sirrini necə qoruyurdu?

Bu gün gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən ətir məhsullarının tarixi min illər əvvələ - qədim sivilizasiyalara qədər gedib çıxır. Ətir ilk dəfə Misir, Hindistan və Mesopotamiya kimi mədəniyyətlərdə istifadə olunub.

Son.az-ın məlumatına görə, tarixi araşdırmalar göstərir ki, Misirdə ətir yalnız şəxsi qulluq vasitəsi deyil, həm də dini ayinlərin, kralların mumiyalanma mərasimlərinin və saray protokollarının ayrılmaz tərkib hissəsi olub.

Hindistanda isə təbii yağlar və otlardan hazırlanan ətirlər Ayurvedik təbabət və ruhani təmizlənmə rituallarında tətbiq olunurdu. Mesopotamiyada isə əttarlar xüsusi sənətkar kimi qəbul olunurdu - bəzi qadınlar bu sahədə ad çıxararaq ilk "əttar kimyaçılar" hesab ediliblər.

"Parfüm" sözü də latınca "per fumum" - yəni "tüstü ilə" ifadəsindən yaranıb ki, bu da qədim dövrdə ətirlərin əsasən tütsü formasında istifadəsini təsdiqləyir.

"Ətir sadəcə qoxu deyil, mədəniyyətin özü və yaddaşın daşıyıcısıdır"

Mövzu ilə bağlı tanınmış əttar və parfümeriya mütəxəssisi Türkan Alixanova bildirir ki, ətriyyat sənəti yalnız kosmetik məhsul hazırlamaq deyil, həm də mədəniyyətin, estetik dəyərlərin və tarixi yaddaşın bir növ daşıyıcısıdır: