Nihalın ölümündən sonra çəkilən VİDEO tənqid olundu Güləgülə halva qovurdular...


Şou-biznes 23 Haz 2025 13:05:00 79 0

Nihalın ölümündən sonra çəkilən VİDEO tənqid olundu  Güləgülə halva qovurdular...

Yaxın günlərdə həyatını itirən sosial media fenomeni Nihal Candanın ölümündən sonra bacısı Bahar Candan və müğənni Dilan Polatın birlikdə halva qovurduqları görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.

Son.az xəbər verir ki, paylaşılan videoda hər iki şəxs şən musiqi fonunda gülərək halva qovurur, bu anları isə öz rəsmi hesablarında izləyicilərlə bölüşüblər. Görüntülər qısa müddətdə sosial platformalarda yayılaraq ictimai qınağa tuş gəlib.

İstifadəçilərin bir çoxu Nihal Candanın cəmi bir neçə gün əvvəl vəfat etdiyini xatırladaraq, belə bir videonun bu qədər tez paylaşılmasını hörmətsizlik kimi qiymətləndiriblər.

Qeyd edək ki, 2 gün öncə vəfat edən 30 yaşlı Candan uzun müddət anoreksiya nervoza xəstəliyi ilə mübarizə aparırdı.