Bred Pitt və Angelina Coli arasında qalmaqal: "Qızımı zəhərlədin, tamamilə yoldan çıxartdın"


Şou-biznes 22 Haz 2025 15:50:00 89 0

Bred Pitt və Angelina Coli arasında qalmaqal: "Qızımı zəhərlədin, tamamilə yoldan çıxartdın"

Bir zamanlar "Brangelina" adı ilə xatırlanan və münasibətləri Hollivudun ən məşhurlarından sayılan Bred Pitt ilə Ancelina Coli arasında uzun illərdir davam edən gərginlik bitmək bilmir. Səkkiz illik çətin bir hüquqi mübarizənin ardından boşanan cütlük ayrılıqlarına baxmayaraq hələ də münaqişələr içindədir. Ən son mübahisə isə qızları Şeylonun ətrafında cərəyan edir.

Son.az xəbər verir ki, boşanmadan sonra cütlüyün altı uşağı - üçü bioloji, üçü isə övladlığa götürülmüş - anaları ilə qalıb. Lakin iddialara görə, uşaqlar atalarına qarşı düşmən mövqe tutublar. Hazırda yalnız əkizlərdən biri olan Noks Leon istisna olmaqla, digər uşaqlar nəinki Bred Pitt ilə görüşmək istəmir, hətta onun soyadını da daşımaq istəmirlər.

Bred Pitt isə hazırda sevgilisi İnes de Ramon ilə münasibətində müəyyən sakitlik tapsa da, uşaqları ilə bağlı narahatlığı azalmır. Xüsusilə də qızı Şaylo ilə bağlı yaranan son hadisələr onu ciddi şəkildə narahat edir.

İddialara görə, Bred Pitt qızı Şeylonun anası Ancelina Coli tərəfindən həddindən artıq azad buraxıldığını və onun üçün nümunəvi bir ana olmadığını düşünür. Keçən ay 19 yaşına girən Şeylonun rəqs dərslərində tanış olduğu Keoni Rouz adlı dostu ilə yaxın münasibətləri də medianın diqqətindən yayınmayıb. Pitt bu münasibətə birbaşa etiraz etməsə də, qızının həyatında atalıq modelinin olmamasından narahatdır və bunu Colinin məsuliyyətsizliyi ilə əlaqələndirir.

Bir mənbənin sözlərinə görə, Bred Pitt Colinin uşaqları, o cümlədən Şeylonu ona qarşı çevirdiyinə inanır və bu səbəbdən olduqca qəzəblidir. Məhz bu səbəbdən qızının gələcəyi ilə bağlı ciddi narahatlıq keçirir. Onun əsas qorxusu, Şeylonun gələcəkdə peşman olacağı qərarlar verməsidir.