Nadir Qafarzadədən səsküylü açıqlama: “Şərq qadını savadsızdır, Qərb qadını ağıllı!”
Şou-biznes 21 Haz 2025 22:00:00 85 0
Abşeronun Aşağı Güzdək qəsəbəsində baş verən qalmaqallı hadisə - 16 yaşlı qızın məscid axundu tərəfindən qaçırılması ölkədə böyük rezonansa səbəb olub. Sosial şəbəkələrdə mövzu ilə bağlı sərt reaksiyalar səngimir.
Bu haberi de oku: Firuzə İbadovadan Cavanşir Məmmədovla bağlı etiraf: “Sevgilim yox…”
Son.az bildirir ki, bu qalmaqallı olayla bağlı tanınmış müğənni Nadir Qafarzadə də münasibət bildirib.
O, sosial media şərhində hadisəni Şərq cəmiyyətində qadın mövqeyinin zəifliyi və savadsızlıqla əlaqələndirib:
"Şərq qadını, qaynar qan... Bunların hamısı savadsızlıqdan irəli gəlir! Qərb qadını isə savadlı və ağıllı olduğuna görə daha düzgün addım atır".
Nadir Qafarzadənin bu fikirləri birmənalı qarşılanmayıb.
Xatırladaq ki, məscid axundu tərəfindən azyaşlı qızın qaçırılması faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Hadisənin dini məkanla bağlı olması isə məsələni daha da həssas edib. (Musavat.com)