Kimlərə şokolad olar, kimlərə isə olmaz?
Digərləri 21 Haz 2025 02:02:00 81 0
Uşaqlıqdan yetkinliyə və hətta qocalığa qədər şokolad demək olar ki, hər kəsin sevimli ləzzətlərindən biridir. Digər qidalar kimi şokoladın da həddindən artıq qəbulu zərərlidir.
Bu haberi de oku: İcra Hakimiyyətinin “yox” dediyi bu ada məhkəmə icazə verdi
Son.az xəbər verir ki, şokoladın əsas tərkib hissəsi olan kakao flavonoidlərin mənbəyidir. Bu antioksidant təsirli maddə qocalmanı gecikdirir. Şokolad damarların divarlarının sərtləşməsinin qarşısını alır və damarların tıxanması təhlükəsini minimuma endirir.
Şokoladın tərkibindəki tanin, flüor və fosfat kimi maddələr diş çürüməsinin qarşısını alır. Şokolad qan təzyiqini kaliumla tarazlaşdırır, fosforla sinir sistemini stimullaşdırır və dəmir çatışmazlığının yaratdığı anemiya riskini azaldır.
Şokoladın insanlara əhval-ruhiyyə bəxş etməsinin və insanları sevindirməsinin başqa bir səbəbi də "endorfin" ifrazına səbəb olmasıdır.