Ceyhun Bayramov Türkiyəyə getdi


Siyasət 20 Haz 2025 19:09:00 49 0

Ceyhun Bayramov Türkiyəyə getdi

20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-dən Son.az-a verilən xəbərə görə, səfər çərçivəsində xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.

Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.