"İsrail bunu etsə “Pandora qutusu" açılacaq" Rusiyadan xəbərdarlıq
Siyasət 20 Haz 2025 10:30:00 80 0
İsrail ilə İran arasında gərginlik artarkən Kremlin sözçüsü Dmitri Peskov xəbərdarlıq edib. Peskov bildirib ki, İran lideri Əli Xameneiyə sui-qəsd cəhdləri və ya rejim dəyişdirmək istiqamətində təzyiqlər qəbuledilməzdir. O, belə hadisələrin "Pandora qutusunu açmaq" kimi böyük fəsadlara səbəb ola biləcəyini vurğulayıb.
Bu haberi de oku: lham Əliyevin sosial şəbəkə hesablarında Türkiyəyə səfərindən görüntülər paylaşılıb
Son.az xəbər verir ki, Pandora qutusu ifadəsi qədim Yunan mifologiyasından götürülüb və pis nəticələrə səbəb olan, geri dönməsi çətin olan vəziyyətləri təsvir edir. Mifə görə Pandora adlı ilk qadına verilən qutunu açdıqda bütün bədbəxtliklər dünyaya yayılır, yalnız ümid qutunun içində qalır. Bu ifadə indiki dildə böyük və təhlükəli nəticələri ola biləcək hadisələri simvolizə edir.
Peskovun xəbərdarlığı da bu mənada qəbul edilir. Xameneiyə sui-qəsd kimi bir hadisə regionda geri dönüşü mümkün olmayan fəsadlar yaradaraq, genişmiqyaslı xaos və münaqişə spiralını başlada bilər. Bu da həm region, həm də dünya üçün ciddi təhlükə deməkdir.
Qeyd edək ki, hazırda İsrailin "Oyanan Şir" əməliyyatı ilə başlayan və İranın "Həqiqi Vəd" adlı cavab hücumları ilə davam edən münaqişə 8-ci günündədir. Bu qarşıdurma nəticəsində İranın yüksək rütbəli hərbi rəhbərləri daxil olmaqla ən az 227 nəfər həyatını itirib. İran isə Tel-Əviv, Qüds və Hayfa şəhərlərinə yönəltdiyi yüzlərlə balistik və hipersonik raketlə İsrailə cavab verib. İsraildə isə ən az 25 nəfər həlak olub, yaralıların sayı 500-dən çoxdur.
İslam Son.az