Azərbaycanda bu yazıçılara 350 manat veriləcək
Digərləri 20 Haz 2025 12:15:00 91 0
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Varis Yolçiyevə 190 manat, İlham Qəhrəmana isə 160 manat ödəyəcək.
Son.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Kitabxana Azərbaycan Yazıçılar Birliyinin üzvləri - Əməkdar jurnalist, tanınmış yazıçı-publisist Varis Yolçiyevlə və şair-publisist İlham Qəhrəmanla müqavilə bağlayıb.
Müqavilə hər iki yazıçının nəşrlərinin satınalınması ilə bağlıdır. Kitabxana ilə V.Yolçiyev arasında bağlanmış müqavilənin dəyəri cəmi 190 manat, İ.Qəhrəman arasında bağlanmış müqavilənin dəyəri isə cəmi 160 manat məbləğindədir.
Kaynak: milli.az