Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR
Digərləri 16 Haz 2025 15:00:00 81 0
2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə qiymətlərində çox ciddi artım var. Demək ki, tələb var, qiymətlər də məhz buna görə belədir. Qiymət artımı ümumi olaraq daşınmaz əmlakın bahalaşmasından irəli gəlir.
Bu haberi de oku: Bəzi qidalar ürək xəstəliklərinə səbəb olur – SİYAHI
Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra qiymətlər çox ciddi şəkildə artıb:
"İnşaat materiallarının ölkəmizə gətirilməsində yaranan problemlərin meydana gəlməsi, qlobal inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi və inkişafı, daşınmaz əmlakın investisiya cəlbediciliyinin artması ümumi qiymətlərə təsir göstərdi. Bu artım tendensiyası indi də davam edir.
Əvvəl bir ayın kirayə haqqı 800-1500 manatadək idi. İndi isə ən yaxşı halda 3000 manata ev tapmaq olur. Son üç ildə qiymət artımı tendensiyası təqribən 30-35% olub. Nəticədə 90%-dək qiymət artımının şahidi olmuşuq".
V.Oruc vurğulayıb ki, bu istiqamətdə ciddi biznes maraqları formalaşıb.
"Sahibkarlar görürlər ki, əhalinin yay dövründə kirayə ev axtarmaq cəhdləri artır, bu istiqamətdə addımlar atırlar. Mərdəkan, Novxanı, Şüvəlan, Bilgəh istiqamətində boş torpaq sahələrini alırlar, villalar tikirlər, bunları ya alqı-satqı məqsədilə bazara çıxarırlar, ya da mövsümi olaraq kirayə verilir".