Yaxın günlərdə gözəl xəbərlər eşidəcək BÜRCLƏR
Digərləri 16 Haz 2025 11:36:00 98 0
Gözlənilməz müjdələr, sevindirici dəyişikliklər və xoş sürprizlər... Ulduzlar yaxın günlərdə bəzi bürclər üçün çox gözəl xəbərlər vəd edir. Astrologiyaya görə, qarşıdakı günlər bu bürclərə həm şəxsi həyat, həm də maddi məsələlərdə sevinc gətirəcək.
Bu haberi de oku: Azərbaycanda din xadimləri 5 ildən bir attestasiyaya cəlb ediləcək
Son.az xəbər verir ki, yaxında gözəl xəbərlər eşidəcək bürcləri təqdim edir:
Əkizlər (21 may - 20 iyun)
Əkizlər üçün sürprizli bir dövr gəlir. Uzun müddətdir gözlədikləri xəbər, təklif və ya zəng artıq yoldadır. Sevgi və iş həyatında yeniliklər gözlənilir. Səbirli olduqlarına görə kainat onları mükafatlandırır.
Tərəzi (23 sentyabr - 22 oktyabr)
Tərəzilər üçün həyat yeni rənglər alacaq. Ətraflarındakı dəyişikliklər onlara pozitiv təsir edəcək. Gözlənilməz bir insandan gələcək dəstək və ya xəbər sevinc dolu günlərə yol açacaq.
Oğlaq (22 dekabr - 19 yanvar)
Oğlaqlar üçün karyera və maddi sahədə uğurlar var. Yeni layihələr, gəlir artıracaq fürsətlər və ya müsbət cavablarla qarşılaşa bilərlər. Uğurlarını bölüşəcəkləri gözəl bir xəbər yaxınlaşır.