Pensiya ilə bağlı


Digərləri 16 Haz 2025 11:21:00 79 0

Pensiya ilə bağlı

Azərbaycanda özəl pensiya fondları haqqında yeni qanun layihəsi hazırlanıb.

Son.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Açıqlamada deyilir ki, qeyri-dövlət pensiya fondları ilə bağlı hüquqi bazanın tam formalaşdırılması üçün "Qeyri-dövlət pensiya fondları haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Məlumata görə, layihə aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılıb. Hazırda dünyanın bir sıra ölkələrində, o cümlədən, Almaniya, Böyük Britaniya, İrlandiya və Türkiyədə belə fondlar fəaliyyət göstərib.