Paşinyan yeni "müharibə"yə çağırdı
Digərləri 09 Haz 2025 12:10:00 67 0
II Qaregin könüllü olaraq subaylıq andını pozub və övladı var. Bu faktdır və əgər II Qaregin bunu inkar etməyə çalışsa, mən bunu lazımi formatda sübut edəcəm.
Bu haberi de oku: Günün qoroskopu: Özünü və yaxınlarını unutma
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol paşinyan sosial şəbəkə hesabında erməni katolikos II Qaregin haqda qeyd edib.
"Buna əsasən, Erməni Apostol Kilsəsinin Kanon Qanununa görə II Qaregin yepiskop, arxiyepiskop ola bilməz, seçilə bilməz, katolikos ola bilməz. Ktriç Nersisyan patriarxlığı boşaltmalıdır.
Erməni Apostol Kilsəsinin sadiq davamçısı kimi, mənəvi irsimizin hər bir dəyərinə, hər bir yadigarı, hər bir surətinə və daşına hörmətlə yanaşan şəxs kimi qeyd edirəm: Erməni Apostol Müqəddəs Kilsəsinin yeni seçilmiş katolikosu olmalıdır, onun yaxşı davranışı katolikosluq seçkilərinə qədər yoxlanılaraq təsdiqlənəcək.
Mən Erməni Apostol Müqəddəs Kilsəsinin sadiq davamçılarını patriarxlığın məhəbbətlə və xristian tərzdə azad edilməsi və bütün erməni katolikosu olaraq həqiqətən müqəddəs bir ruhanini seçmək gündəmi ətrafında birləşməyə çağırıram", - Paşinyan bildirib.