Sərhədləri aşan texnologiya: Kosmosda görün nə istehsal olunacaq


Digərləri 05 Haz 2025 10:11:00 91 0

Sərhədləri aşan texnologiya: Kosmosda görün nə istehsal olunacaq

Uelsdə yerləşən "Space Forge" startapı ABŞ-ın hərbi qurumlarının dəstəyi ilə təxminən 30 milyon dollar sərmayə toplayıb. Şirkətin əsas məqsədi yarımkeçirici çiplərin hazırlanmasında istifadə olunan materialların birbaşa kosmosda çəkisizlik şəraitində istehsalıdır.

Son.az xəbər verir ki, süni intellekt və elektromobil texnologiyalarının sürətli inkişafı, yüksək keyfiyyətli yarımkeçiricilərə olan tələbatı ciddi şəkildə artırıb. Ancaq bu sahənin əsas materialı olan silisium artıq texnoloji imkanlarının sərhədinə çatıb.

"Space Forge" hesab edir ki, bu texnoloji tıxanıqlığı yalnız Yer atmosferindən kənarda - kosmosun unikal fiziki şəraitində aradan qaldırmaq mümkündür. Şirkətin iddiasına görə, çəkisizlik şəraitində istehsal olunan kristallar daha az defektə malik olur. Bu isə onların enerji səmərəliliyini artıraraq, kvant hesablama, müdafiə sənayesi və digər qabaqcıl texnologiyalar üçün ideal hala gətirir.

Kosmosda real çip istehsalının nə zaman başlayacağı ilə bağlı isə hələ rəsmi açıqlama verilməyib.

Asya Son.az