Nazilə Ofeliyanı ağlatdı "Bunun əri ərdir, bizimki..."


Şou-biznes 26 May 2025 00:27:00 72 0

Nazilə Ofeliyanı ağlatdı  "Bunun əri ərdir, bizimki..."

Efirdə şairə Nazilə Səfərli ilə müğənni Ofeliya Şabanova arasında gərginlik yaşanıb.

Son.az xəbər verir ki, "Bir gün" verilişində qonaq olan məşhurların mahnı davası düşüb.

Belə ki, Nazilə onun sözlərinə icazəsiz mahnı oxuyan Ofeliyaya irad bildirib və həmin proqramda sözügedən mahnını oxumasına icazə verməyib.

"Şeir mahnı olmazdan əvvəl xəbərdar olmamışam. Məndən icazə alınmayıb, qonorarın ödənməyib. Çox üz-üzə gəlirik, dostluq edirik. Amma iş ayrı, dostluq ayrı. Mənim sözlərimə mahnını pul qazanmaq üçün oxuyub. Pulu o, tanıyır, mən yox? Halallıq alınmalıdır. Yutuba yükləsə sildirəcəm, icazə verməyəcəm. Müəllif kimi haqqım var. Başdan saymaq lazım idi. Kim məni saymır mahnımı oxuyursa, onların mahnısını yutubdan sildirirəm", - deyə, Nazilə bildirib.

"Mən həyat yoldaşıma deyərəm sizə konvert göndərər. İndi zəng edim, göndərsin. Mənim həyat yoldaşım yolumda canını fəda edər. İndi zəng edirəm. Bizim Nazilə Səfərlinin sözlərinə oxuduğumuz mahnı var idi, indi sənə kart göndərirəm, Nazilə xanıma həmin məbləği göndər (Telefonda həyat yoldaşı ilə danışır - Red.). Ya göndər, ya da ifa etməyəcəm", - deyərək, Ofeliya cavab verib.