Bu meyvəni yeyənlər rahat yuxu yatır
Digərləri 22 May 2025 02:02:00 62 0
Sıx iş tempi, gündəlik stress, zehni və fiziki yorğunluq bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir edir. Gecə rahat yata bilməmək və səhərlər yorğun oyanmaq artıq geniş yayılmış bir problemdir.
Bu haberi de oku: Türkiyə ilə bağlı qorxulu açıqlama: “Bu sadəcə başlanğıcdır”
Son.az xəbər verir ki, mütəxəssislər bildirir ki, tərkibində melatonin olan bəzi təbii qidalar bu problemi kökündən həll edə bilər.
Böyük Britaniyanın "Benenden Health" qurumunda çalışan sağlamlıq mütəxəssisləri "The Mirror" qəzetinə açıqlamalarında bildiriblər ki, yalnız pəhrizdə ediləcək kiçik bir dəyişikliklə daha keyfiyyətli və dərin yuxu mümkündür.
Araşdırmalar göstərir ki, albalı təbii melatonin mənbəyi olaraq yuxuya getmə prosesini asanlaşdırır. Yatmazdan əvvəl albalı yemək və ya albalı suyu içmək yuxunun həm müddətini, həm də keyfiyyətini artırır.
"Albalı, tərkibindəki melatoninlə bədən ritmini nizamlamağa kömək edir. Axşam saatlarında bu meyvədən qəlyanaltı kimi istifadə etmək və ya təbii albalı suyu içmək, daha dərin və davamlı yuxu təmin edə bilər."
2018-ci ildə aparılan bir pilot araşdırmada, yuxusuzluqdan əziyyət çəkən yaşlı şəxslər 2 həftə boyunca yatmazdan 2 saat əvvəl və səhər saatlarında bir stəkan (240 ml) albalı suyu içiblər. Nəticədə onların ümumi yuxu müddətinin orta hesabla 84 dəqiqə artdığı müşahidə olunub.
Yuxu Keyfiyyətini Artıran Digər Qidalar