Rusiya Ermənistana yeni naviqasiya sistemi verdi: Eyni anda 200 təyyarə...
Dünya 20 May 2025 11:43:49 77 0
Rusiyanın "Rostex" dövlət korporasiyası Ermənistana dağlıq ərazilərdə təyyarələrin naviqasiyasını asanlaşdırmaq üçün müasir avadanlıq təqdim edib. Söhbət "Azimut" şirkəti tərəfindən istehsal olunan VOR/DME 2700 tipli çoxistiqamətli radiomayak sistemindən gedir.
Bu haberi de oku: Gürcüstan Ermənistan sərhədində ZƏLZƏLƏ
Son.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "Azimut" şirkətinin vitse-prezidenti Aleksey Qalçenkov jurnalistlərə açıqlamasında deyib.
Məlumata görə, avadanlıq Qarakilsə (Sisian) şəhərində quraşdırılıb və eyni anda 200-ə yaxın təyyarəni izləmək qabiliyyətinə malikdir.
"Azimut" şirkətinin vitse-prezidenti Aleksey Qalçenkov bildirib ki, sistemin Ermənistanda sınaqları artıq başa çatıb. Onun sözlərinə görə, bu texnologiya xüsusilə dağlıq relyefdə və əlverişsiz hava şəraitində təyyarələrin naviqasiyasını xeyli yaxşılaşdıracaq.