Baydenin xəstəlik xəbərinə Trampdan REAKSİYA


Dünya 19 May 2025 13:45:00 102 0

Baydenin xəstəlik xəbərinə Trampdan REAKSİYA

ABŞ prezidenti Donald Tramp prostat xərçəngi diaqnozu qoyulan Amerikanın keçmiş prezidenti Co Baydenə tezliklə sağalmağı arzulayıb.

Bu haberi de oku: Erməni mayor ÖLDÜRÜLDÜ

Son.az xəbər verir ki, bu barədə Tramp şəxsi "Truth Social" hesabında paylaşım edib.

"Melaniya və mən prezident Baydenin sağlamlıq vəziyyəti ilə bağlı xəbərləri eşidəndə çox kədərləndik. Cillə və bütün ailəsinə səmimi arzularımızı göndəririk.  Baydenin tezliklə sağalmasını arzulayırıq", - deyə Tramp qeyd edib.

Bu bəyanat 2024-cü il seçki kampaniyası zamanı Baydeni tez-tez tənqid edən və onun psixi funksiyalarını sual altına alan Trampın rəqibinə qarşı nadir rast gəlinən empatiya nümunəsidir.

Qeyd edək ki, Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub və xəstəliyin artıq sümüklərə metastaz verdiyi bildirilir.

Fidan Son.az