Müharibə caniləri layiq olduqları cəzalara məhkum ediləcəklər
Digərləri 07 Mar 2025 12:24:00 363 0
BMT-nin İnsan hüquqları üzrə Şurasının 58-ci sessiyasındakı çıxışında təşkilatın İnsan hüquqları üzrə ali komissarı, avstriyalı hüquqşünas Volker Türk qeyd etmişdir ki, "Azərbaycanda "özbaşına" saxlanılan şəxslərin hamısı, o cümlədən etnik ermənilər, dərhal azad edilməli və ədalətli məhkəmə hüququna tam riayət olunmalıdır".
Bu xəbəri də oxu: Yaddaşı gücləndirən 8 əsas vitamin:Beynin qocalmasının qarşısını alırlar
Selektiv yanaşmaları və ikili standartları əks etdirən açıqlamaları yuxarıda qeyd etdiyim şəxs həmçinin 26 sentyabr 2023-cü ildə Qarabağda lokal anti-terror əməliyyatı keçiriləndən sonra səsləndirərək göstərmişdir ki, "yerlərdə baş verənlərdən, xüsusilə də hərbi gücün mülki əhaliyə qarşı yenidən tətbiqinin nəticələrindən çox narahatam".
Sual olunur ki, nə vaxtdan bir qrup separatçı və terrorçu "dinc, mülki əhali" olub? İkinci Qarabağ müharibəsi zamanı münaqişə zonasından əhəmiyyətli dərəcədə aralıda yerləşən Gəncə şəhərinə, Bərdə rayonuna, Azərbaycanın digər yaşayış məntəqələrinə çoxsaylı insan təlafatı və mülki infrastrukturun məhv edilməsi ilə nəticələnən, qadağan olunmuş kasset sursatları və ballistik raketlərlə zərbə endirilən zaman bu "hüquq müdafiəçisi" haradaydı?
Əgər BMT sistemində yüksək vəziyə tutan şəxs beynəlxalq humanitar hüquq barəsində məlumatlı deyilsə, xatırlada bilərəm ki, Erməmistanın 6 iyun 1993-cü idə qoşulduğu Dördüncü Cenevrə Konvensiyası silahlı münaqişə dövründə "terror tədbirlərini" gəti qadağan edır. Bundan əlavə Cenevrə Konvensiyalarına I saylı Əlavə Protokolun 51-ci maddəsində nəzərdə tutulur ki, "əsas məqsədi mülki əhali arasında qorxu yaratmaq olan zorakılıq xarakterli terror hərəkətləri və ya zorakılıqla hədələmə qadağandır". Beynəlxalq humanitar hüququn başlıca prinsiplərini kobud formada pozan Ermənistan cinayətkar əməllərinə görə məsuliyyət daşıyır. Bu gün məhkəmə kürsüsündə əyləşən və ən ağır beynəlxalq cinayətlər - soyqırım, insanlıq əlehinə cinayətlər, müharibə cinayətləri törədən canilərin müdafiəsinə qalxan BMT-nin İnsan hüquqları üzrə ali komissarı Volker
Türk kimə xidmət edir?
Əyər biz bu gün tarixi anlogiyalara müraciət etsək, absurd mənzərənin şahidi oluruq. Ali Komissarın məntiqindən çıxış etsək belə çıxır ki, İkinci dünya müharibəsi zamanı yaxud keçən əsrin ikinci yarısında müharibə cinayətləri və insanlıq əlehinə cinayətlər törətmiş, Nüremberq Beynəlxalq hərbi tribunalı yaxud Haaqada yerləşən və artıq fəaliyyətini bitirmiş Yuqoslavia üzrə ad hoc Beynəlxalq tribunalı tərəfindən mühakimə edilən şəxslər azad edilməlidir?
Beynəlxalq miqyasda hüququn aliliyinin təmin olunması bütün hərbi canilərin cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılmasını tələb edir və Azərbaycan bu fundamental missiyanı həyata keçirərək, bütöv bəşəriyyəti təmsil edir. Heç kəs unutmamalıdır ki, soyqırım, müharibə cinayətləri və insanlıq əlehinə cinayətlərin təqibində beynəlxalq birliyin bütövlükdə hüquqi maraqları mövcuddur.
Nizami Səfərov, Milli Məclisin deputatı Son.az
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti c�
 Ətraflı
 Ətraflı
                                                Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin gözlənilmədən ATƏT-in
 Ətraflı
 Ətraflı
                                                AYNA Neftçilər prospektində qəzaya uğrayan avtobusla bağlı açıqlama yay
 Ətraflı
 Ətraflı
                                                Ukrayna Rusiyanın ən güclü ballistik raketlərinə qarşı müdafiə üçün
 Ətraflı
 Ətraflı
                                                İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layih�
 Ətraflı
 Ətraflı
                                                Bakıda 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar
 Ətraflı
 Ətraflı
                                                Suriyada təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədə sadiq silahlılar
 Ətraflı
 Ətraflı
                                                Beyləqanda 29 yaşlı kişi spirtdən zəhərlənərək ölüb.
 Ətraflı
 Ətraflı
                                                Martın 7-də Milli Məclisin növbəti plenar iclası keçirilir.
 Ətraflı
 Ətraflı
                                                8 mart saat 09:00-dan 9 mart saat 23:00-dək Bakı şəhəri, Heydər Əliyev pr
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqa
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            