Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı ev sahibini öldürdü
Kriminal 21 Apr 2025 20:12:00 367 0
Bakıda kirayənişin qaldığı evin sahibini çoxsaylı bıçaq xəsarətləri yetirməklə amansızlıqla qətlə yetirən Zahid İsayevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Son.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Qurbanovanin sədrliyi ilə keçirilən yekun iclasda dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən şəxsin 20 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Zahid İsayev 17 il azadliqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin il iyulun 20-də gecə saatlarında paytaxtın Nizami rayonunda qeydə alınıb.
1965-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Zahid İsayev aralarında yaranmış mübahisə zamanı 1949-cu il təvəllüdlü Tahir Əliyevin başını kəsərək qətlə yetirib.
Zahid İsayev saxlanılaraq istintaqa təhvil verilib, barəsində həbs-qətimkan tədbiri seçilib.
O, məhkəmədə sərbəst ifadəsi zamanı hadisənin kirayədə qaldığı evin sahibi Tahir Əliyevlə aralarındakı mübahisə zamanı baş verdiyini deyib. Onun sözlərinə görə, mərhum Tahir Əliyev onun ünvanına nalayiq ifadələr işlətməklə yanaşı kirayədə qaldığı otaqda divardan asdığı dövlət bayrağını da təhqir edib. Bundan sonra Zahid İsayev hiddətlənərək ona çoxsaylı bıçaq zərbələri endirib. Təqsirləndirilən onu da bildirib ki, o ki,affekt vəziyyətində olduğu üçün Tahir Əliyevə endirdiyi bıçaq zərbələrinin sayın bilməyib.
Zərbələrdən biri mərhumun boğazından dəyib.
Zahid İsayev Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Son.az
Birjada qızılın qiyməti aprelin 21-də keçirilən hərraclarda bir Troya un
 Ətraflı
 Ətraflı
                                                May-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin I
 Ətraflı
 Ətraflı
                                                Son.az xəbər verir ki, Hatay bölgəsində əsgərlik çəkən aktyor 30 gün
 Ətraflı
 Ətraflı
                                                Aralarında yaşanan qalmaqalları ilə medianın gündəmindən düşməyən m�
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin yeni sərəncamı ilə İkin
 Ətraflı
 Ətraflı
                                                Səbail rayonunda yerləşən marketlərin birindən oğurluq edilib.
 Ətraflı
 Ətraflı
                                                Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava �
 Ətraflı
 Ətraflı
                                                Lənkəran rayonu, Mamusta kəndində fəaliyyət göstərən çörək istehsal�
 Ətraflı
 Ətraflı
                                                Şahmat üzrə Azərbaycanın əməkdar məşqçisi, qadınlar arasında Azərba
 Ətraflı
 Ətraflı
                                                Mədəniyyət nazirinə yeni müşavir təyin edilib.
 Ətraflı
 Ətraflı
                                                Son dövrlərdə elektrikli avtomobil bazarında yaşanan durğunluq və tələb
 Ətraflı
 Ətraflı
                                                Tanınmış meyxanaçı Rəşad Dağlının ad günü efirdə qeyd olunub.
 Ətraflı
 Ətraflı
                                                Milli Məclisdə yeni təyinatlar olub.
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            