Milli İncəsənət Muzeyində Meksikanın ənənəvi “Ölülər günü” bayramına həsr olunmuş tədbir keçirilib FOTO
Kriminal 30 Okt 2025 17:56:00 85 0
Azərbaycan Milli İncəsənət Muzeyi və Meksikanın Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Meksikanın ənənəvi "Ölülər günü" bayramına həsr olunmuş tədbir keçirilib.
Bu xəbəri də oxu: Bakıda kişi hicaba görə arvadını və qayınatasını öldürdü
Tanınmış mədəniyyət xadimlərinin, həmçinin ölkəmizdəki diplomatik korpusların rəhbər və nümayəndələrinin iştirak etdiyi mərasimdə Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero çıxış edərək "Ölülər günü" bayramının Meksika xalqı üçün əhəmiyyətindən və tarixindən danışıb. Səfir bu kimi tədbirlərin iki ölkə arasındakı mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin "Ölülər günü"nün mahiyyətcə Azərbaycanda qeyd olunan Novruz bayramına bənzədiyini qeyd edib və gələcəkdə "Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi" sərgisi çərçivəsində daha fərqli tədbirlərin keçiriləcəyini bildirib.
Tədbir zamanı T. İsmayılov adına 6 saylı məktəb-liseyin şagirdləri və digər uşaqlar üçün ustad dərsi təşkil olunub. Onlar bayrama aid təsvirləri sevimli rənglərlə boyayıb, daha sonra maskalar taxaraq "Ölülər günü" bayramına həsr edilmiş mahnılarla rəqs ediblər.
Bu tədbirdə qonaqlar Meksikanın simvolik xalq mərasimi ilə yaxından tanış olaraq ümumilikdə ölkənin zəngin mədəni irsi, rəngarəng bədii ənənələri haqqında maraqlı məlumatlar əldə ediblər.
Qeyd edək ki, hazırda Azərbaycan Milli İncəsənət Muzeyində məşhur meksikalı rəssamın yaradıcılığına həsr olunmuş "Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi" adlı sərgi ziyarətçilər üçün açıqdır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Şəkidə sərnişin daşıyan mikroavtobus ağaca çırpılıb, xəsarət alan
Göygöldə silahlı şəxslər tərəfindən bir müddət əvvəl fermadan oğu
Türkiyədə baş verən inanılmaz hadisə ictimaiyyətdə böyük rezonans yar
Hazırda Bakıda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsus məşhur
Sosial şəbəkələri bəziləri əyləncə, bəziləri ünsiyyət üçün, dig
Bu günə qədər taksi sürücüsü olmaq istəyən 169 qadın Rəqəmsal İnki
Azərbaycanda bağçaların birində azyaşlıya qarşı şiddəti əks etdirən
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ prezident D
Türkiyəli müğənni Seda Sayan oğlu Oğulcan Engin və onun sevgilisi, aktri
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında "
Sosial şəbəkələrdə yyılan görüntü diqqət çəkib.
Sumqayıtda qonşular arasında baş verən dava zamanı MMA döyüş növü üz
Lalə Dadaşova bacısı qızı, müğənni Səidə Dadaşova və həyat yolda�
Sumqayıtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 4 avtomobil
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində
