Taksi sürücüləri psixoloji müayinədən keçməlidir Son dəhşətli qəzanın nəticələri
Digərləri 14 Apr 2025 14:25:00 359 0
"İnkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da taksi sürücülərinin müəyyən zamanlarda psixoloji müayinədən keçməsi, həm onların rifahı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından qanunvericiliklə tənzimlənməlidir".
Bu xəbəri də oxu: Bakıda dəhşətli piyadavurma hadisələrinin anbaan görüntüləri
Son.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bir neçə gün bundan öncə Bakıda baş vermiş dəhşətli qəzanın görüntülərinin insanlara psixoloji təsirlərindən danışarkən deyib. Psixoloqun sözlərinə görə, bu həm də xidmətin keyfiyyətinin artırılmasına və ictimai etimadın yüksəlməsinə səbəb olar:
"Baş verən avtomobil qəzası kimi travmatik hadisələr insanların psixoloji sağlamlığına əlbəttə ki, təsir göstərdi. Xüsusən hadisənin birbaşa şahid olanlar və ya iştirak edənlərdə çox zaman post-travmatik stress pozuntusu (PTSP) yaşanır. Onlarda hadisənin dəfələrlə xatırlanması, hadisəni yenidən yaşayırmış kimi görüntülərin göz önünə gəlməsi və bunun nəticəsində yaranan yuxu problemləri, təşviş və qaçınma davranışları müşahidə olunur. Eyni zamanda qorxu və təşviş pozuntuları da müşahidə olunur. Nəqliyyat vasitələrinə minməkdən qorxmaq, qəzanın baş verdiyi yerlərdən uzaqlaşmaq və ya qəzanı xatırladan istənilən vəziyyətdən qaçmaq halları baş verə bilər".
Elnur Rüstəmov bildirib ki, hadisənin təsiri ilə yaranan dərin kədər, maraq itkisi, gündəlik həyata adaptasiya çətinliyi də ola bilər:
"Ona görə də belə hadisələrin mənfi psixoloji təsirlərinin qarşısını almaq və ya təsirlərini azaltmaq üçün həm sürücülərin, həm də sərnişinlərin vaxtında mütəxəssis dəstəyi almaları çox önəmlidir. Psixoloji dəstək almaq travmanın uzunmüddətli təsirlərini azaltmağa kömək edir. Baş verən hadisə "taksi sürücüləri psixoloji yoxlanışdan keçməlidirmi" sualını da aktuallaşdırdı. Nəzərə almaq lazımdır ki, taksi sürücüləri sadəcə nəqliyyat vasitəsi idarə edən şəxslər deyil, eyni zamanda gündəlik olaraq insanlarla birbaşa ünsiyyətdə olan, onların həyat və təhlükəsizliyinə cavabdeh olan peşə sahibləridir. Bu səbəbdən onların psixoloji stabilliyi və emosional balansı həm sərnişinlərin təhlükəsizliyi, həm də cəmiyyətin rifahı baxımından son dərəcə əhəmiyyətlidir. Çünki sürücülər gündəlik olaraq sıx hərəkət, vaxt məhdudiyyəti və sərnişinlərlə anlaşılmazlıqlar kimi stresli vəziyyətlərlə qarşılaşırlar. Bu hallarda emosional stabillik itərsə, qəza riski artar".
Elnur Rüstəmov əlavə edib ki, bəzi sürücülərdə yüksək aqressivlik, əsəbilik və ya impulsiv reaksiya meyli ola bilər:
Fransanın Ermənistana öldürücü silahlar verməsi, eləcə də sülhə xidm
 Ətraflı
 Ətraflı
                                                ABŞ prezidenti Donald Trampın "ticarət müharibəsi" siyasəti icti
 Ətraflı
 Ətraflı
                                                Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən əhalinin həyat
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznes və Menecment" f
 Ətraflı
 Ətraflı
                                                Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilm�
 Ətraflı
 Ətraflı
                                                Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sür
 Ətraflı
 Ətraflı
                                                Bu gün Ay Tərəzi bürcündə hərəkətini davam etdirir və bizdən münasib
 Ətraflı
 Ətraflı
                                                Əlcəzair 12 fransalı diplomatı ölkədən çıxarmaqla hədələyib və onl
 Ətraflı
 Ətraflı
                                                "YouTube"un ən çox izlənən videosu "Baby Shark Dance"
 Ətraflı
 Ətraflı
                                                "KAT Holdinq" MMC-nin təsisçisi və direktorunun cinayət işi üzr�
 Ətraflı
 Ətraflı
                                                Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələ
 Ətraflı
 Ətraflı
                                                Axırıncı dəfə "Kör Nokta" serialında rol ifa edən Rabia Soyt�
 Ətraflı
 Ətraflı
                                                Britaniyalı məşhur aktrisa Jan Marş 90 yaşında dünyasını dəyişib.
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            