Teztez maşın yuduzduranların NƏZƏRİNƏ: Belə yumaq...
Digərləri 08 Apr 2025 11:10:00 362 0
Avtomobilin təmiz saxlanması həm estetik görünüş, həm də texniki baxımdan vacib hesab olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, avtomobil yuyularkən edilən adi bir səhv, uzun müddət ərzində maşının korroziyaya uğramasına və nəticədə istifadəyə yararsız hala düşməsinə səbəb ola bilər.
Bu xəbəri də oxu: Bu xəstəliyi olanlar hər gün nar yesin!
Son.az edilən bəzi səhvləri sizə təqdim edir:
Təzyiqli su ilə ehtiyatsız davranmaq ciddi nəticələrə səbəb ola bilər
Ən çox rast gəlinən səhvlərdən biri, yüksək təzyiqli suyun avtomobilə yanlış bucaq və məsafədə tətbiq edilməsidir. Mütəxəssislər bildirirlər ki, bu, avtomobilin alt hissəsində və karobka birləşmələrində qoruyucu örtüklərin zədələnməsinə, nəticədə pas və çürüməyə yol açır. Həmçinin, təzyiqli suyun elektrik birləşmələrinə çatması ciddi elektron nasazlıqlara səbəb ola bilər.
Yuyucu vasitələr düzgün seçilməlidir
Məişətdə istifadə edilən sabun və deterjanlarla avtomobil yumaq da geniş yayılmış, lakin zərərli vərdişdir. Bu məhsulların tərkibi avtomobil boyasını və lakını zədələyə, səthin matlaşmasına, çatlamasına və vaxtından əvvəl köhnəlməsinə səbəb ola bilər. Xüsusilə günəş işığı və nəmlə təmasda olduqda bu təsirlər daha da güclənir.
Avtomobilin düzgün yuyulması üçün mütəxəssis tövsiyələri
Mütəxəssislər avtomobil yuma zamanı aşağıdakı tövsiyələrə əməl etməyi tövsiyə edirlər:
Yalnız avtomobillər üçün nəzərdə tutulmuş pH balanslı şampunlardan istifadə edin.
Yüksək təzyiqli suyu avtomobilə çox yaxın məsafədən tətbiq etməyin.
Suyun tətbiq bucağı üfüqi saxlanılmalı, həssas bölgələrə - qapıaltı hissələrə, qanadların içinə və kapot altına xüsusi diqqət yetirilməlidir.
Avtomobil yuyulduqdan sonra qurudulmalıdır ki, su ləkələri və pas əmələ gəlməsinin qarşısı alınsın.
Avtomobilin ömrünü uzatmaq istəyən sürücülər bu təlimatlara əməl etməli və yuma vərdişlərini yenidən nəzərdən keçirməlidirlər. Əks halda, avtomobili təmizlədiyinizi düşünərkən, bilmədən ona ciddi zərər verə bilərsiniz.
Fidan Son.az
Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qe
 Ətraflı
 Ətraflı
                                                Ölkə başçısının Sərəncamına əsasən bir müddət öncə Bakı şəhə
 Ətraflı
 Ətraflı
                                                2025-ci ilin martında ABŞ hərbi hava qüvvələri İranın dəstəklədiyi Y�
 Ətraflı
 Ətraflı
                                                Paytaxtın Nəsimi rayonundu Kubinka kimi tanınan ərazisində bir müddət əv
 Ətraflı
 Ətraflı
                                                "Youtube"da yayımlanan və ssenarisi Əli Ucala tərəfindən yazıla
 Ətraflı
 Ətraflı
                                                Rusiyalı aktrisa istirahətə getdiyi faciəvi şəkildə ölüb.
 Ətraflı
 Ətraflı
                                                Bakı Şəhər DYP İdarəsi tərəfindən piyadaların iştirakı ilə baş ver
 Ətraflı
 Ətraflı
                                                Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 4
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin bölgədə həyata keç
 Ətraflı
 Ətraflı
                                                Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasova ağır itki �
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
 Ətraflı
 Ətraflı
                                                Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstəyin əldə e
 Ətraflı
 Ətraflı
                                                ADA Universitetinin 7-ci Siyasi Forumunun iştirakçıları Füzuli şəhərinə
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            