Bakıda məşhur hotelin sahibi elektron qolbaqda gəzəcək
Kriminal 05 Apr 2025 08:39:00 396 0
Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən "Şah" adlı hoteldə qumar oyunu təşkil edənlərə cəza verilib.
Bu xəbəri də oxu: ABŞda azərbaycanlı avtoritetlərə 25 il həbs cəzası...
Son.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, qumar oyununun təşkilinə görə hotel sahibi, 1989-cu il təvəllüdlü Xaliq Məmmədsadıqov, orada ofisiant kimi çalışan 1998-ci il təvəllüdlü Hikmət M. və 1998-ci il təvəllüdlü Mirəli D. saxlanılıblar.
Onlar barəsində açılan Cinayət Məcəlləsinin 244-1.2.1; 244-1.2.4-cü maddələri ilə cinayət işinə məhkəmədə baxılıb. Təqsirləndirilən şəxslər hotel müştərilərinə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil ediblər. Aparılan araşdırma zamanı sözügedən hoteli biznes fəaliyyəti ilə məşğul olan Namiq və Xaliq Məmmədsadıqov qardaşlarının idarə etdiyi məlum olub. Hotelə daha çox nəzarəti Namiq Məmmədsadıqov etsə də, təqsirləndirilən ofisiantların sözlərinə görə, hotelin digər sahibi Xaliq Məmmədsadıqov qumara qarşı olub. Ofisiantlar ifadələrində qumar oyunlarını Namiq Məmmədsadıqovun tapşırığı ilə təşkil etiklərini deyiblər.
"Namiq hər dəfə bizə deyirdi ki, onun güclü "arxası", tanışları var. Hoteldə qumar oynayanlara rahat qulluq edin. Namiq hotelin rəhbəri olduğu üçün biz onun bu təklifindən qorxmadıq", - deyə onlar bildiriblər.
Hotelin sahibi Namiq isə ifadəsində "Şah" hotelində qumar oyunlarının keçirilməsindən və təşkil edilməsindən məlumatı olmadığını və icazə vermədiyini bildirib:
"Həmin oyunçuların orada qumar oynamasını Hikmət və Mirəli təşkil edib. Özümü ona görə qismən təqsirli bilirəm ki, kollektivi düzgün seçməmişəm".
Hoteldə qumarın təşkilatçısı kimi ofisiant Hikmət M. 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, məhkəmə iclas zalında həbs edilib. Hotelin sahibi Xaliq Məmmədsadıqov və Mirəli D. 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunublar. Hər iki şəxsə cəza çəkdiyi müddətdə üzərilərində elektron nəzarət qolbağı tətbiq edilib. Son.az
Hər zaman qalmaqallı açıqlamaları ilə gündəm olmağı bacaran psixoloq S
 Ətraflı
 Ətraflı
                                                Səhhətində problemlər yaranan tanınmış aktyor, Əməkdar artist Vahid Əl
 Ətraflı
 Ətraflı
                                                Sabirabadda avtomobil at arabası ilə toqquşub, 3 nəfər xəsarət alıb
 Ətraflı
 Ətraflı
                                                Astroloqlar xüsusilə şanslı olacaq üç bürcün adını vurğulayırlar.
 Ətraflı
 Ətraflı
                                                Prezident İlham Əliyev ötən il dekabrın 23-də imzaladığı "Əhalini
 Ətraflı
 Ətraflı
                                                Rusiyanın məşhur reperi Paşa Texnik (Pavel Nikolayeviç İvleyev) vəfat edi
 Ətraflı
 Ətraflı
                                                Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlarda ölkəsinin prioritetləri
 Ətraflı
 Ətraflı
                                                ABŞ-nin maliyyə naziri Skot Bessent Ukrayna Prezidenti Volodimir Zelenskini &q
 Ətraflı
 Ətraflı
                                                "J.P.Morgan Chase" analitiklərinin fikrincə, ABŞ-nin idxal rüsumla
 Ətraflı
 Ətraflı
                                                Müğənni Fədayə Laçın toy məclislərinə geyindiyi geyimlərə görətən
 Ətraflı
 Ətraflı
                                                Gənclərdə botoks göz qapaqlarının sallanmasına səbəb ola bilər.
 Ətraflı
 Ətraflı
                                                Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmill�
 Ətraflı
 Ətraflı
                                                Bir neçə sadə qaydaya əməl etməklə polenlə (müxtəlif bitkilərdən yay
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            