Azərbaycanda məşhur universitet binası SÖKÜLÜR
Digərləri 04 Apr 2025 20:16:00 366 0
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) binası söküləcək.
Bu xəbəri də oxu: Azərbaycanda ilk qadın taksi sürücüləri işə başlayıblar
Son.az xəbər verir ki, bu, "Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" elektrik deposunun tikintisi ilə bağlıdır.
Belə ki, depo tikiləcək ərazidən təxminən 464 yaşıllıq köçürüləcək. Müşahidələr onu göstərir ki, həmin ərazidə bu sayda ağac və kol yoxdur.
Amma "Dərnəgül" elektrik deposu üçün ayrılan torpaq sahəsi ilə bitişik olan ABU-nun həyətində geniş yaşıllıq salınıb. Burada yüzlərlə ağac mövcuddur.
Ola bilər ki, köçürüləcəyi rəsmi şəkildə açıqlanan yaşıllığın bir hissəsi keçmiş ali məktəbin həyətinə düşəcək. Bu da ABU-nun binasının söküləcəyi qənaətinə gəlməyə əsas verir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, plana uyğun olaraq ərazidən 464 yaşıllıq köçürüləcək.
"Həmin ərazi 1986-cı ildən "Bakı Metropoliteni"nə verilib. Bu o deməkdir ki, metropolitenin ərazisidir. O dönəmdə isə hazırda ərazidə gördüyünüz Azərbaycan Beynəlxalq Universitetinin, yeni binaların və digər infrastrukturun heç birisinin izi-tozu yox idi. Ərazi həmişə metropolitenin sahəsi olub. Ora heç vaxt ABU-nun ərazisi olmayıb, onlar sadəcə orada universitet tikiblər. Biz öz ərazimizi hasarlamışıq", - B.Məmmədov deyib.
Xatırladaq ki, ABU 1997-ci ildə yaradılıb. 2010-cu il sentyabrın 1-də keçmiş təhsil naziri Misir Mərdanovun imzaladığı əmrlə universitetin fəaliyyəti tamamilə dayandırılıb.
ABU-nun rektoru Elşad Abdullayev xaricə qaçıb və hazırda Fransada yaşayır. /"Teleqraf"
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
 Ətraflı
 Ətraflı
                                                Bakıda baş verən ağır yol nəqliyyat hadisəsinin qəsdən törədildiyi m�
 Ətraflı
 Ətraflı
                                                Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub
 Ətraflı
 Ətraflı
                                                Astroloqlar iddia edirlər ki, bürclər arasında çətinliklərdən qorxmayan
 Ətraflı
 Ətraflı
                                                İmic dəyişikliyi ilə diqqət çəkən müğənni Zahidə Günəş daha bir
 Ətraflı
 Ətraflı
                                                Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Age
 Ətraflı
 Ətraflı
                                                Hindistanda Bollivud aktyoru və rejissoru Manoc Kumar 87 yaşında vəfat edib.
 Ətraflı
 Ətraflı
                                                Aktyor Murad İsmayıl həyat yoldaşı, həmkarı Ülviyə Xəlilbəyova ilə a
 Ətraflı
 Ətraflı
                                                Bakı şəhər İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanlı rejissor Namiq Ağayev səhhətində problem yaranıb.
 Ətraflı
 Ətraflı
                                                Şuşa Dövlət Musiqili Dram Teatrına baş rejissor təyin edilib.
 Ətraflı
 Ətraflı
                                                Tanınmış aktyor, Əməkdar artist Vahid Əliyevin səhhətində problemlər y
 Ətraflı
 Ətraflı
                                                Aysun İsmayılovanın ayrıldığı keçmiş həyat yoldaşı, vəkil Ramil Və
 Ətraflı
 Ətraflı
                                                İtaliyada doğum sayında ciddi azalma müşahidə edilir, bu da ölkənin gəl
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            