Azərbaycan və Rusiya XİN rəhbərləri arasında məktub mübadiləsi olub
Siyasət 04 Apr 2025 14:15:00 400 0
4 aprel tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 ili tamam olur. Bu münasibətlə, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov arasında təbrik məktublarının mübadiləsi baş tutub.
Bu xəbəri də oxu: Prezident fərman imzaladı
Son.az Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Sergey Viktoroviç,
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 illiyi ilə əlaqədar səmimi təbrikləri qəbul edin.
Ötən onilliklər ərzində ölkələrimiz arasında ümumi tarixi dəyərlərə, qarşılıqlı hörmətə və etimada əsaslanan, o cümlədən bir-birinin maraqlarını nəzərə alan ikitərəfli münasibətlər uğurla inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə çevrilib.
Təbii ki, ən yüksək səviyyədə müntəzəm siyasi dialoq əməkdaşlığın mütərəqqi inkişafında mühüm amil olmaqla hər zaman Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinə rəvac verib.
22 fevral 2022-ci il tarixində Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin edərək, müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.
Bu gün, intensiv ikitərəfli təmaslarla səciyyələnən müttəfiqlik qarşılıqlı fəaliyyəti səmərəli şəkildə möhkəmlənməkdə davam edir. Bunun bariz nümunəsi ticarət dövriyyəsinin durmadan artması, qanunvericilik bazasının genişləndirilməsi, eləcə də birgə layihə və təşəbbüslərin uğurla həyata keçirilməsidir. İkitərəfli gündəmdə mədəni-humanitar əlaqələrin və regionlararası əməkdaşlığın genişləndirilməsi məsələləri xüsusi yer tutur.
Şübhəsiz ki, xarici siyasət qurumları arasında sıx əməkdaşlıq qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə müttəfiqlik qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edir.
Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli şəkildə dərinləşəcək və yeni məzmunla təmin olunacaqdır.
Cənab Nazir, yüksək ehtiramımı diqqətinizə çatdırıram", - deyə məktubda deyilir.
Rusiya Federasiyasının xarici işlər nazirinin məktubunun mətni ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Hindistan hakimiyyəti qadağan olunmuş adada təcrid olunmuş qəbilə ilə ə
 Ətraflı
 Ətraflı
                                                Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikro�
 Ətraflı
 Ətraflı
                                                Türkiyədə 648 nəfər dönərdən zəhərlənib.
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolm
 Ətraflı
 Ətraflı
                                                Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qe
 Ətraflı
 Ətraflı
                                                Misirli tanınmış arxeoloq Zahi Havass Giza piramidalarının altında yeralt�
 Ətraflı
 Ətraflı
                                                Fitnes məşqçisi Kamil Zeynallıya Ermənistan tərəfindən qoyulan federal a
 Ətraflı
 Ətraflı
                                                Rusiyanın Krasnoyarsk Dövlət Tibb Universitetinin tədris işləri və gəncl
 Ətraflı
 Ətraflı
                                                Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz
 Ətraflı
 Ətraflı
                                                Unibank KB rəhbərliyinin qərarı ilə İlkin Quliyev Baş biznes inzibatçıs
 Ətraflı
 Ətraflı
                                                ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişi
 Ətraflı
 Ətraflı
                                                Aprelin 4-də ulduzlar əsl şou təqdim etdilər: hər şeyin olduğu yerlərd�
 Ətraflı
 Ətraflı
                                                Müğənni Sevinc Səfərova efirdə göz yaşı töküb.
 Ətraflı
 Ətraflı
                                                "Azərenerji" ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şi
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            