İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ
Digərləri 03 Apr 2025 14:43:00 376 0
Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 4-10 aprel tarixlərində keçiriləcək. Təhsil İnstitutundan Son.az-a verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar. Əlavə olaraq, müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bala artım əmsalı tətbiq olunacaq: -Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır; -İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır; - Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, sözügedən müəssisələrdə 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır. Sənəd qəbulu 4 aprel saat 11:00-dan 10 aprel saat 11:00-dək davam edəcək.
Bu xəbəri də oxu: Göygöldə silahlı şəxslər tərəfindən qaçırılan 62 baş toyun tapıldı
Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin
 Ətraflı
 Ətraflı
                                                Bakıda silahlı şəxs polis tərəfindən saxlanılıb.
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində demarkasiya i�
 Ətraflı
 Ətraflı
                                                Cəmilə Hidayət qızı Xəlilova "Bakı Metropoliteni" QSC-də İnsa
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası növbəti d�
 Ətraflı
 Ətraflı
                                                İspaniyada Kataloniya səhiyyə orqanları "Choceur" markalı şokola
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən Regio
 Ətraflı
 Ətraflı
                                                "Paytaxtdakı mənzillər və obyektlərin qiyməti artırsa, söküntü za
 Ətraflı
 Ətraflı
                                                Avropa gözəli Güler Erdoğan keçirdiyi avtomobil qəzası zamanı həyatın�
 Ətraflı
 Ətraflı
                                                "Orduda problem yarananda hamı Müdafiə Nazirliyini ittiham etməyə baş
 Ətraflı
 Ətraflı
                                                Astara rayonu ərazisində qaçaqmalçılıq yolu ilə ölkəyə pilotsuz uçuş
 Ətraflı
 Ətraflı
                                                Mənzurə Musayeva atasının başına gələn bədbəxt hadisədən danışıb.
 Ətraflı
 Ətraflı
                                                "İşğaldan azad olunmuş Ağdam şəhərinə bu ilin oktyabr-noyabr aylar
 Ətraflı
 Ətraflı
                                                Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            