Dövlət qurumunda dava düşdü
Kriminal 03 Apr 2025 12:47:00 512 0
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin əməkdaşı həbs edilib.
Bu xəbəri də oxu: "Klassik musiqinin zamanı" layihəsinin təqdimatı və Ü.Hacıbəyli və M.Maqomayevin yubileyinə həsr olunmuş konsert keçirilib FOTO
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Orxan Məmmədova aprelin 1-də rayon məhkəməsinin qərarı ilə 6 sutkalıq həbs verilib.
Şöbədə mütəxəssis vəzifəsində çalışan Orxan İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
İnzibati xəta haqqında protokol araşdırılarkən məlum olub ki, dövlət qurumunun Goranboy şöbəsinin rəisi Elxan Feyziyev Orxanın vəzifəsinin dəyişdirilməsi və otağının boşaldılmasına göstəriş verib. Bundan narazı qalan işçi şöbə rəisinin otağına gedərək məsələni aydınlaşdırmaq istəyib və vəzifəsinin dəyişdirilməsinə dair yazılı əmrin təqdim edilməsini tələb edib.
Bu zaman şöbə rəisi ilə əməkdaş arasında dava-dalaş düşüb. Davanı idarənin digər əməkdaşları rəisin otağına daxil olaraq sakitləşdiriblər.
Bundan sonra Orxan barəsində polisə şikayət edilib və onun cəzalandırılması tələb olunub.
Hadisə ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də mövqeyini öyrəndik. Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov "Qafqazinfo"nun sorğusuna cavab olaraq faktı təsdiq etdi: "Baş vermiş hadisə ilə bağlı hazırda daxili araşdırma aparılır və araşdırmanın nəticəsində yekun qərar veriləcək".
"Dedilər ki, tez çıx get buradan, bizim səninlə işimiz yoxdur"
 Ətraflı
 Ətraflı
                                                Bakıda və Abşeron yarımadasında aprelin 4-də hava şəraitinin dəyişkən
 Ətraflı
 Ətraflı
                                                Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
 Ətraflı
 Ətraflı
                                                Tikinti bazarında kəskin qiymət artımı gözlənilmir.
 Ətraflı
 Ətraflı
                                                Plastik əməliyyat qalmaqalıyla gündəmə gələn teleaparıcı Fərqanə Gü
 Ətraflı
 Ətraflı
                                                Məlum olduğu kimi, Donald Tramp Azərbaycan da daxil olmaqla, bir sıra ölkə
 Ətraflı
 Ətraflı
                                                Dünən Ağdam rayonunun Çəmənli kəndində 57 yaşlı Nurəddin Abbasov mal-
 Ətraflı
 Ətraflı
                                                Paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı növbəti dəf
 Ətraflı
 Ətraflı
                                                Hollivudun məşhur aktrisalarından olan Sidni Svini şəxsi həyatı ilə gün
 Ətraflı
 Ətraflı
                                                Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsin
 Ətraflı
 Ətraflı
                                                Sakit Okean sahillərində Nankai çuxurunda baş verməsi gözlənilən 9 bal g
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            