Demokratların Bayden barədə gizli planı: prezidentin ölümünə hazırlıq...
Dünya 02 Apr 2025 14:07:00 398 0
"ABŞ Demokrat Partiyasının rəhbərliyi keçmiş prezident Co Baydenin yaşlanma əlamətlərini gizlətmək üçün kompleks iş aparıb və 2024-cü il seçki kampaniyası zamanı onun mümkün ölümü halında plan hazırlayıb".
Bu xəbəri də oxu: Ermənistan bu ölkədən 12 qırıcı təyyarə alır
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mübarizə: Ağ Ev uğrunda ən vəhşi döyüşün içində" adlı yeni kitabında "The Hill" qəzetinin baş siyasi şərhçisi Emi Parnes və "NBC News" telekanalının baş siyasi şərhçisi Conatan Allen mənbələrə istinadən məlumat veriblər.
Müəlliflərin məlumatına görə, demokratlar 80 yaşlı prezident ikinci müddətə namizədliyini irəli sürmək niyyətini elan etdiyi 2023-cü ilin aprelində Baydenin səhhəti ilə bağlı narahatlıq ifadə etməyə başlayıblar. Açıq dəstəyə baxmayaraq, pərdə arxasında partiya liderləri Baydenin fiziki və əqli imkanlarına şübhə ediblər.
Prezidentin yaşlanma əlamətlərini gizlətmək üçün onun komandası müxtəlif hiylələrə əl atıb. Hər səhər video görüşlər və müşavirələrdən əvvəl vizajistlər Baydeni diqqətlə qrimləyir, hətta kiçik auditoriya qarşısında çıxışlarda belə onun üçün gizli teleprompter quraşdırıblar.
Bundan əlavə, 2023-cü ildə demokratlar Baydenin ölümü və ya seçki yarışı zamanı başqa namizədlə əvəz edilməsi zərurəti yarandığı təqdirdə fəaliyyət planı hazırlayıblar. Vitse-prezident Kamala Harrisin köməkçisi, lazım gəldikdə onun prezident andını tez təşkil etmək üçün ABŞ Ali Məhkəməsinin respublikaçı hakimlərinin əlaqə siyahısını daim özü ilə gəzdirib.
Baydenin vəziyyəti ilə bağlı şübhələrə baxmayaraq, həyat yoldaşı da daxil olmaqla onun ən yaxın ətrafı seçkidə iştirakında israr edir və həmpartiyalılarını prezidentin ikinci müddətdə öz vəzifələrini yerinə yetirmək qabiliyyətinə inandırıb. Lakin 2024-cü ilin iyununda respublikaçıların namizədi Donald Trampla uğursuz debatlar demokratları öz mövqelərini yenidən nəzərdən keçirməyə və Bayden əvəzinə Kamala Harrisi irəli sürməyə vadar edib.
Baydenin və keçmiş prezident Barak Obamanın dostlarından biri kitabın müəlliflərinə müsahibəsində Baydenin ikinci müddətə getmək qərarını demokratların bütün kampaniyasının "ilk səhvi" adlandırıb.
Onun fikrincə, həmpartiyalılar prezidenti seçkilərdə iştirak etməkdən əvvəlcədən çəkindirməli idilər. Bu da Demokrat Partiyasının məğlubiyyətinin qarşısını ala bilərdi.
Çox şadam ki, Azərbaycanın dünyanın əsas ticarət yollarının birləşdi
 Ətraflı
 Ətraflı
                                                ABŞ prezidenti Donald Tramp "TikTok" ilə bağlı yekun qərarı apre
 Ətraflı
 Ətraflı
                                                "RacingJunk" saytında qeyri-adi bir nəqliyyat nümunəsi - "Ove
 Ətraflı
 Ətraflı
                                                Bazar ertəsi yerli vaxtla saat 19:00-da ABŞ Senatının Baş Assambleyasında
 Ətraflı
 Ətraflı
                                                Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
 Ətraflı
 Ətraflı
                                                Aktrisa Sonaxanım Əliyeva açıqlamaları ilə diqqət çəkib.
 Ətraflı
 Ətraflı
                                                8 yaşlı Narinin dostları Ramazan Bayramının ilk günü onun məzarını ziy
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanda dövlətə məxsus bir sıra nəqliyyat vasitələri hərraca çı
 Ətraflı
 Ətraflı
                                                Aprelin 15-dən etibarən "Azəristiliktəchizat" ASC həm Bakıda, h�
 Ətraflı
 Ətraflı
                                                Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraq
 Ətraflı
 Ətraflı
                                                ABŞ-də su parkını ziyarət edən bir yaşlı uşaq ölüb. Buna səbəb beyi
 Ətraflı
 Ətraflı
                                                Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyə
 Ətraflı
 Ətraflı
                                                Bakıda yeddi il əvvəl fəaliyyəti dayandırılan "Start" İdman v�
 Ətraflı
 Ətraflı
                                                Amerikanın Birinci xanımı Melaniya Tramp Dövlət Departamentinin Beynəlxalq
 Ətraflı
 Ətraflı
                                                Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Y�
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            