“Bu hadisələrdən sonra özümə gələ bilmirdim, sürünürdüm”
Şou-biznes 04 Mar 2025 16:20:00 412 0
"Başımda ağrılar, gicəllənmələr, ürəyimdə sıxıntılar olurdu"
Bu xəbəri də oxu: Aysunun səhnədəki rəqsi tənqid edildi
"Anam ağır xəstə idi. Bilirdim ki, o nə zamansa dünyasını dəyişəcək. İlk əməliyyatından sonra həkim dedi ki, ananınızın iki il ömrü qalıb. Amma Allah nə qədər o ömrü verdi-verdi... Anam 3 il 3 ay yaşadı".
Son.az bildirir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu "İncə səhər" verilişində deyib.
Sənətçi bir neçə ay əvvəl itirdiyi anası Qənirə xanımdan söz açıb:
"O ərəfələrdə artıq sürünürdüm. Bilirdim ki, işləməliyəm. Bilirdim ki, bütün yük mənim çiynimdədir və nələrsə etməliyəm. O illər ərzində əhvalımın pis olduğu zamanlar da olub amma bunu heç kimə biruzə verməmişəm. İçimdə çəkən insanam. Dərdimi danışmıram. Qapalı insanam. O ağırlığı çəkmək mənə çox çətin idi. İstədim ki, Vətəndən gedib biraz istirahət edim, eynim-beynim açılsın. Amma gələn kimi dostum, meyxanaçı Xəyyam dünyasını dəyişdi. Bu da mənə bir zərbə vurdu. Elə bilirəm ki, həyatımda yadda qalan çətinlik mərhələləri ki var, bu da yadda qalacaq ömürlük".
Qaraçuxurlu bildirib ki, valideyninin və dostu, həmkarı Xəyyam Əhmədlinin dünyasını dəyişməsindən sonra səhhətində ciddi problemlər yaranıb:
"Özümə gələ bilmirdim. Səhhətimdə artıq pis şeylər baş verirdi. Mən başqa müğənnilər ki, deyiləm. Onların veclərinə olmur. Amma mən cəmiyyətin ismarıcını eşidən insanam. Birazda cəmiyyət üstünə qoydu ki, bunu eləmə, bunu etmək olmaz. Sonra gördüm ki, çox çətindir və mən qalxa bilmirəm. El şənliklərinə getmirdim. Hər gün yuxudan oyanırdım, toy üçün ödənilən avansları geri qaytarırdım və məclislərə getmirdim. Sonra gördüm ki, hər şey hər tərəfli çətinə doğru gedir. Psixoloji bu vəziyyətdən çıxmaq mənə daha çətin olduğunu anladım. Özümə gəldim, ayağa qalxdım. Şükür Allaha yaxşılığa doğru gedirəm. Heç bir psixoloqa da getmədim. Başımda ağrılar olurdu, gicəllənmələr olurdu. Ürəyimdə sıxıntılar olurdu. Çox fikir edirdim. Panik atakım ola bilərdi. Şükür psixologiyam və iradəm güclüdür. Bir neçə ay tənbəl oldum, evdən bayıra çıxmadım, gücsüz oldum. Amma qarşısını aldım, yavaş-yavaş ayağa qalxıram, pozitiv olmağa çalışıram. Bir dərsdə bunda aldım ki, insan həyatı həqiqətəndə heç nədir. Balaca bir xəstəlik gəlib, götürüb aparar".
Qeyd edək ki, 2 il əvvəl Namiq Qaraçuxurlunun anası Qəmər xanım İranın Ərdəbil şəhərində əməliyyat olunmuşdu. O, uzun müddətdir qida borusundakı xərçəng xəstəliyindən əziyyət çəkirmiş və bu səbəbdən ötən ilin sentyabrda dünyasını dəyişib. Meyxanaçı Xəyyam Əhmədli isə isə ötən ilin dekabrında ürək çatışmazlığından vəfat edib. /olay.az
Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN
 Ətraflı
 Ətraflı
                                                Serbiya parlamentində iğtişaşlar baş verib.
 Ətraflı
 Ətraflı
                                                Prezident İlham Əliyev Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında Q
 Ətraflı
 Ətraflı
                                                Prezident İlham Əliyev "Naxçıvan şəhərində ictimai nəqliyyatın t�
 Ətraflı
 Ətraflı
                                                Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol
 Ətraflı
 Ətraflı
                                                İran hökuməti mart ayından etibarən dizel yanacağının qiymətinin artır
 Ətraflı
 Ətraflı
                                                2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi il�
 Ətraflı
 Ətraflı
                                                Səhiyyə Nazirliyi sahibkarlıq subyektlərinə nəzarət tədbirləri ilə ba
 Ətraflı
 Ətraflı
                                                Zahidə Günəş maraqlı açıqlama verib.
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, "Azərkosmos" ASC-nin İdarə Heyətinin sə
 Ətraflı
 Ətraflı
                                                Martın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgəl�
 Ətraflı
 Ətraflı
                                                Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik)
 Ətraflı
 Ətraflı
                                                İnnovasiya və sürət lideri "Bakcell" Sumqayıt şəhərində yeni
 Ətraflı
 Ətraflı
                                                Ağ Evdə görüş zamanı Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və
 Ətraflı
 Ətraflı
                                                Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            