Nazirlikdən bu müəssisələrdəki qeyriqanuni yoxlamalarla bağlı xəbərdarlıq
Digərləri 04 Mar 2025 15:36:00 417 0
Səhiyyə Nazirliyi sahibkarlıq subyektlərinə nəzarət tədbirləri ilə bağlı keçirilən yoxlamalar barədə məlumat yayıb.
Son.az xəbər verir ki, açıqlamada deyilir:
"Son zamanlar sahibkarlıq subyektlərinə nəzarət tədbirləri ilə bağlı keçirilən yoxlamalar barədə məlumatlı olan dələduzların sui-istifadə halları, qeyri-qanuni qaydada yoxlama reydləri haqqında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə məlumatlar daxil olmaqdadır.
Ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkar subyektlərinin nəzərinə çatdırılır ki, səhiyyə ilə bağlı xidməti yoxlamaların keçirilməsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Qanunu ilə tənzimlənir. Belə olan halda keçirilməli olan xidməti yoxlamaların qanuniliyini müəyyən etmək üçün sahibkarlıq subyektlərinin aidiyyəti şəxsi Ədliyyə Nazirliyinin yoxlama.gov.az saytının vahid məlumat reyestrində vergi ödəyəyicisinin eyniləşdirmə nömrəsini daxil etməli və "Çıxarış" sənədində qeyd edilən rəsmi məlumatlara diqqət yetirilməlidir.
"Çıxarış" sənədinə əsasən xidməti yoxlamalara dair məlumatlarda yoxlayıcıların təqdim etdiyi sənədlərlə uyğunsuzluq aşkar olunarsa, sahibkar subyekt(lər)inin hüquq-mühafizə orqanlarına məlumat bildirməsi məqsədəmüvafiq hesab olunur.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının "Müraciət" bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir".
Zahidə Günəş maraqlı açıqlama verib.
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, "Azərkosmos" ASC-nin İdarə Heyətinin sə
 Ətraflı
 Ətraflı
                                                Martın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgəl�
 Ətraflı
 Ətraflı
                                                Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik)
 Ətraflı
 Ətraflı
                                                İnnovasiya və sürət lideri "Bakcell" Sumqayıt şəhərində yeni
 Ətraflı
 Ətraflı
                                                Ağ Evdə görüş zamanı Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və
 Ətraflı
 Ətraflı
                                                Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
 Ətraflı
 Ətraflı
                                                Yeni bir araşdırmaya görə, 2050-ci ilə qədər dünyada böyüklərin yarı
 Ətraflı
 Ətraflı
                                                Ramazan ayının başlaması ilə birlikdə cəmiyyətdə ən çox müzakirə ed
 Ətraflı
 Ətraflı
                                                Ötən gün Vətən müharibəsi şəhidi Vahid Ağayevin ata və anası dəm q
 Ətraflı
 Ətraflı
                                                Donald Trampın hakimiyyətə gəlməsi və vergi dəyişiklikləri ilə əlaqə
 Ətraflı
 Ətraflı
                                                Vergi ödəyicilərinin əlavə dəyər vergisinin (ƏDV) bir hissəninin geri q
 Ətraflı
 Ətraflı
                                                Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatların
 Ətraflı
 Ətraflı
                                                Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin yaxınlığındakı meydanda A
 Ətraflı
 Ətraflı
                                                Qazaxıstan ən yaxşı müəllimlərini tələbələrə dərs deməyə göndər
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            