Dünyada baş verən ən güclü zəlzələlər SİYAHI
Dünya 30 Mar 2025 10:44:00 435 0
Xəbər verdiyimiz kimi, ötən gün Tailandda və Myanmada güclü zəlzələ baş verib.
Bu xəbəri də oxu: Ermənistanda general vəzifəsindən azad olundu
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir. Myanmada isə güclü zəlzələ 1600 nəfərin ölümünə, 3400-dən çox insanın yaralanmasına səbəb olub.
Son.az musavat.com-a istinadən tarixin ən güclü, dağıdıcı və öldürücü zəlzələlərinin siyahısını təqdim edir:
Sumatra (İndoneziya) müasir tarixdə ən çox can alan zəlzələ olub. Hind okeanında 26 dekabr 2004-cü ildə baş vermiş sualtı zəlzələnin gücü müxtəlif cür qiymətləndirilir. Lakin əksər ekspertlər onun maqnitudasının 9,1-9,3 bal arasında dəyişdiyini bildirirlər. Buna görə də Hind okeanındakı zəlzələ tarixində ən güclü üç zəlzələdən biridir.
Seysmik hadisənin episentri Sumatra adası yaxınlığında olub. Zəlzələnin gücü coğrafi mənada görünməmiş bir hadisə idi. Litosfer tavaları təxminən 1600 kilometr ərazi üzərində hərəkət edərək Hindistan Tavası Hind-Çin yarımadası ilə toqquşdu.
Zəlzələnin yaratdığı 15 metrlik sunami Tailand, İndoneziya, Şri-Lanka, Hindistanın cənubu sahillərinə çatdı. Bu güclü dalğa çox böyük ziyan vurdu və çoxlu sayda insanın ölümünə səbəb oldu. Ölənlərin çoxu sadəcə Tailand, İndoneziya və Şri-Lanka kurortlarında dincələn, ölüm təhlükəsindən xəbərsiz olan insanlar idi. Çimərlikdə istirahət edən insanları dalğa bir anda yuyub apardı və 300 mindən çox insanın həyatına son qoyub.
Növbəti güclü zəlzələ 2010-cu il yanvarın 12-də Haiti Respublikasında baş verib. İlk təkanın gücü 7 bal olub. Teorik olaraq, seysmik cəhətdən təhlükəli hesab edilən bölgələrdə evlər zəlzələyə tab gətirmək üçün xüsusi olaraq tikilir. Ancaq Haitidə bu fərqli olub, burada bir çox ev bir zərbə üçün belə, nəzərdə tutulmayıbmış. Nəticədə bu fəlakət zamanı 222 570 nəfərin öldüyü rəsmən açıqlandı.
22 may 1960-cı ildə Çilidə baş vermiş Böyük Çili zəlzələsi (və ya Valdiv zəlzələsi) bəşəriyyət tarixində ən güclü zəlzələ hesab olunur.
Seysmik hadisənin maqnitudası 9,5 bal olub. Zəlzələnin episentri Valdivia (Santyaqonun cənubunda yerləşən Çili şəhəri) yaxınlığında olub. Əsas zərbə 6000-ə yaxın insanın həyatına son qoyub və 100 min çililini didərgin salıb.
Suriya lideri Əhməd əl-Şaraa ölkədə yeni hökumətin formalaşdığını
 Ətraflı
 Ətraflı
                                                Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin
 Ətraflı
 Ətraflı
                                                İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin
 Ətraflı
 Ətraflı
                                                Köpəkbalıqları uzun illərdir səssiz yırtıcılar kimi tanınırdı. Sən�
 Ətraflı
 Ətraflı
                                                Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi
 Ətraflı
 Ətraflı
                                                ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) Somalidə İŞİD
 Ətraflı
 Ətraflı
                                                "WhatsApp" mesajlaşma proqramı ilə bağlı yayımış ekran görün
 Ətraflı
 Ətraflı
                                                Mingəçevirdə 2 uşaq anası ehtiyatsızlıqdan sirkə içib, vəziyyəti ağ�
 Ətraflı
 Ətraflı
                                                Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına
 Ətraflı
 Ətraflı
                                                Ukrayna Müdafiə Nazirliyi dövlət və özəl şirkətlərin, həmçinin aliml
 Ətraflı
 Ətraflı
                                                Son zamanlar bazarda saxta pendirlərin artması insanlar üçün böyük təhl�
 Ətraflı
 Ətraflı
                                                Aktrisa Pərvin Abıyeva növbəti dəfə sosial şəbəkələrdə gündəm olub
 Ətraflı
 Ətraflı
                                                "Yaxşı xatırlayıram ki, 40 ilə yaxın müxtəlif rəhbər vəzifələr
 Ətraflı
 Ətraflı
                                                Müğənni Üzeyir Mehdizadə Xalq artisti Niyaməddin Musayevin "Axtarma m
 Ətraflı
 Ətraflı
                                                Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı q
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            