Azərbaycanlı gəncə Ukraynada yüksək vəzifə verildi
Dünya 27 Mar 2025 19:25:00 377 0
Ukraynada yaşayan azərbaycanlı gənc Ramil Ağabəyov yeni vəzifəyə seçilib.
Bu xəbəri də oxu: Trampdan Çinlə bağlı mühüm QƏRAR
Son.az Musavat.com-a istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi hakim "Xalqın xidmətçisi" partiyasının Nikolayev (ukraynaca: Mykolayiv) şəhər şurası üzrə fraksiya sədri olub.
Ramil Ağabəyov əslən Azərbaycanın Salyan rayonundandır. O, Ukrayna Azərbaycanlıları Radasının Nikolayev vilayəti üzrə təmsilçisi olan Zaur Ağabəyovun oğludur. Ramil Ağabəyov indiyədək Nikolayev şəhər şurasının deputatı kimi fəaliyyət göstərib. Eyni zamanda, partiyanın vilayət üzrə gənclər qolunun rəhbəri və Nikolayev rayonu hərbi administrasiyasının başçısıdır.
Yeni təyinat fraksiyanın geniş iclasında elan olunub. Tədbirdə Ukrayna Ali Radasının deputatları, yerli idarəetmə orqanlarının nümayəndələri və Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim də iştirak ediblər.
Qeyd edək ki, partiyanın şəhər fraksiyasına rəhbərlik edən Tatyana Dombrovska ailə vəziyyəti ilə əlaqədar istefa verdikdən sonra bu vəzifəyə seçki keçirilib və Ramil Ağabəyov yeni fraksiya sədri olub.
Bu təyinat Ukraynada fəaliyyət göstərən azərbaycanlı diasporunun cəmiyyətə inteqrasiyası və ictimai-siyasi həyatda fəallığının nümunəsi kimi qiymətləndirilir. Son.az
Vətən müharibəsi şəhidi Hikmət Bağırlının qardaşı doğulub.
 Ətraflı
 Ətraflı
                                                NASA-nın Ceyms Uebb Kosmik Teleskopu ilk dəfə Neptunda parlaq aurora (qütb i
 Ətraflı
 Ətraflı
                                                Bəzi mağazalarda, restoranlarda və iaşə obyektlərində ödəniş pos termi
 Ətraflı
 Ətraflı
                                                İngiltərə məktəblərində pik həddə çatan davamiyyət böhranının həl
 Ətraflı
 Ətraflı
                                                İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham �
 Ətraflı
 Ətraflı
                                                Vədlər verərkən, seçimlərimizi diqqətlə qiymətləndirin, əks halda dig
 Ətraflı
 Ətraflı
                                                Təzə tərəvəzlər, meyvələr və göyərti çox tez xarab olur, əgər onla
 Ətraflı
 Ətraflı
                                                Türkiyəli keçmiş model Dəniz Akkaya 16 yaşlı qızı Ayşədən prokurorlu
 Ətraflı
 Ətraflı
                                                Avtomobillərini yumşaq oyuncaqlarla bəzəyən sürücülər, çox vaxt fərdi
 Ətraflı
 Ətraflı
                                                ABŞ-nin birinci xanımı Melaniya Trampın gəlinliyi "eBay" onlayn h
 Ətraflı
 Ətraflı
                                                Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazis
 Ətraflı
 Ətraflı
                                                Müğənni Mirkamil Kamilov ikinci dəfə ürəyindən əməliyyat olunmalıdır
 Ətraflı
 Ətraflı
                                                Paytaxt sakini Telli Atakişiyeva dələduzluğun qurbanı olduğunu iddia edir.
 Ətraflı
 Ətraflı
                                                Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Əbdül Lətif əl-Qanua İs
 Ətraflı
 Ətraflı
                                                Ölkədə çoxuşaqlı ailə anlayışının yenidən müəyyənləşdirilməsi
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            