Əgər hələ də qalıbsa, bu 5 köhnə telefon sizə minlərlə dollar qazandıra bilər
Digərləri 09 Noy 2025 21:14:00 85 0
Əgər hələ də sizdə köhnə telefon və digər retro cihazlar varsa, onları atmaqdan əvvəl bir daha düşünün. Bu cihazlar sizə minlərlə dollar qazandıra bilər.
Son.az bildirir ki, "MakeUseOf portalı kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilən beş köhnə elektronika cihazını müəyyən edib.
Birinci nəsil iPhone 2007-ci ildə çıxan bu Apple smartfonu texnologiya tarixində inqilabi yenilik sayılır. ABŞ hərraclarında möhürlənmiş birinci nəsil iPhone-lar 40-50 min dollar, nadir 4GB modellər isə 130-190 min dollar arasında satılıb. Qutusu açılmamış və işləməyən cihazlar da kolleksiyaçılar üçün maraqlıdır.
Orijinal iPod Classic 2001-ci ildə buraxılan birinci nəsil iPod, 5 GB yaddaşa malik olub və təxminən 1000 mahnını saxlaya bilirdi. Yaxşı vəziyyətdə olan cihazlar 200-500 dollar arasında qiymətə malikdir, açılmamış iPod Touch modelləri isə 60 min dollara qədər satıla bilər.
Nintendo Game Boy 1989-cu ildə çıxan bu əl oyun konsolu indi gəlirli investisiya sayılır. Möhürlənmiş və sertifikatlaşdırılmış bir Game Boy 2022-ci ildə 21 min dollara hərracda satılıb. Nadirlik və vəziyyət qiymətdə əsas rol oynayır.
Sony Walkman TPS-L2 1979-cu ilin ilk Sony Walkman kaset pleyeri, o zaman 150 dollara satılıb. İndi işlək və tam dəstdə olan cihazlar 500-4000 dollar arasında qiymətləndirilir.
HP-01 Calculator Watch 1977-ci ildə çıxan HP-01 kalkulyator saatı qızıl və paslanmayan polad korpus variantlarına görə 450-850 dollar arasında satılıb. Bugünkü bazarda nadir qızıl modeli 5-7 min dollar aralığında qiymətləndirilir. Bu saat həm kalkulyator, həm saniyəölçən, həm də vaxt qurşaqlarını izləmə funksiyasına malik olub.
Beləliklə, bir vaxtlar sadəcə gündəlik istifadə üçün alınmış bu cihazlar indi kolleksiyaçılar üçün əsl sərvət hesab olunur./lent.az
Gecə yuxuya getməkdə çətinlik çəkirsinizsə, bəlkə də səbəbi mətbə
Ağciyər xərçəngi iltihab nəticəsində inkişaf edə bilər.
İranda hava çirkliliyi kritik səviyyəyə çatdığı üçün bir sıra şəh
ABŞ-nin Nyu York şəhərində 8 Noyabr - Zəfər Günü, Azərbaycanın Vətə
"Folqada kələm və kartof bişirmək məsləhət görülmür, çünki bu
Bərdədə nənə və nəvə dəm qazından zəhərlənərək ölüb.
Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin ucuzlaşıb. Bu te
Evdə işıq sayğacını sürətlə fırladan əşyalar müəyyən edilib.
"Aynadaki Yabancı" serialı erkən finala gedir.
Pakistan Baş naziri Şahbaz Şərif baş nazirin toxunulmazlığı ilə bağlı
Britaniyalı alim A vitamini və kök şirəsi həddindən artıq qəbul etdiyi
Rusiyalı endokrinoloq Maksim Kuznetsov səhər yeməyində edilən ən zərərl
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zəfərin 5 illiyi mün
