Alimlər ağciyər xərçənginin inkişaf səbəbini tapdı
Digərləri 09 Noy 2025 20:30:00 82 0
Ağciyər xərçəngi iltihab nəticəsində inkişaf edə bilər.
Son.az xəbər verir ki, Texas Universitetinin tədqiqatçıları bu qənətə gəliblər. Belə ki, ağciyər toxumalarında baş verən iltihab görünən şiş yaranmadan əvvəl xərçəngin inkişafını sürətləndirə bilər.
Nəticələr "Cancer Cell" jurnalında dərc olunub.
Araşdırma 44 nəfərin ağciyər toxuması nümunələrində aparılıb. Ümumilikdə alimlər yarım milyondan çox toxuma hissəsini və beş milyondan çox hüceyrəni analiz ediblər.
Tədqiqatçılar normal hüceyrələrin necə bədxassəliyə çevrildiyini öyrənmək üçün "məkan transkriptomik xəritələr" yaradıblar. Bu xəritələr müxtəlif toxuma hissələrində hansı genlərin aktiv olduğunu göstərir və şiş yaranmadan əvvəlki erkən dəyişiklikləri izləməyə imkan verir.
Məlum olub ki, prekankroz mərhələsində ağciyərlərdə xroniki iltihab zonaları yaranır. Bu sahələrdə alveolaları örtən hüceyrələr anormal davranış göstərməyə başlayır və tədricən şiş hüceyrələrinə çevrilir.
Tədqiqat müəllifləri hesab edirlər ki, məhz iltihab ağciyər xərçənginin inkişafına ilkin təkan verə bilər. Onların fikrincə, iltihabın yatırılması xəstəliyin qarşısını almaq və erkən aşkarlanmasını təmin etmək üçün yeni üsul ola bilər.
İsmayıl Son.az
İranda hava çirkliliyi kritik səviyyəyə çatdığı üçün bir sıra şəh
ABŞ-nin Nyu York şəhərində 8 Noyabr - Zəfər Günü, Azərbaycanın Vətə
"Folqada kələm və kartof bişirmək məsləhət görülmür, çünki bu
Bərdədə nənə və nəvə dəm qazından zəhərlənərək ölüb.
Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin ucuzlaşıb. Bu te
Evdə işıq sayğacını sürətlə fırladan əşyalar müəyyən edilib.
"Aynadaki Yabancı" serialı erkən finala gedir.
Pakistan Baş naziri Şahbaz Şərif baş nazirin toxunulmazlığı ilə bağlı
Britaniyalı alim A vitamini və kök şirəsi həddindən artıq qəbul etdiyi
Rusiyalı endokrinoloq Maksim Kuznetsov səhər yeməyində edilən ən zərərl
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zəfərin 5 illiyi mün
İran hökuməti Pakistan və Əfqanıstan arasında son günlər artan gərginl
Avqustun 16-da yaşadığı evdən çıxdıqdan sonra itkin düşmüş Siyəzən
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
