Bu hissin zəifləməsi qocalığın əsas əlamətidir
Digərləri 07 Noy 2025 19:04:00 101 0
Yaşlı insanlarda qoxu hissinin zəifləməsi ürəyin işemik xəstəliyi riskini yüksəldə bilər.
Bu xəbəri də oxu: Telefon ekranındakı cızıqlardan bu üsullarla xilas ola bilərsiniz
Son.az xəbər verir ki, bu nəticəyə ABŞ-ın Miçiqan Dövlət Universitetinin alimləri gəlib.
Araşdırmanın nəticələri "JAMA Otolaryngology" jurnalında dərc olunub.
Tədqiqat "Atherosclerosis Risk in Communities" adlı uzunmüddətli araşdırma çərçivəsində beş mindən çox iştirakçının məlumatları əsasında aparılıb. Başlanğıcda könüllülərin heç birində ürək-damar problemi aşkarlanmayıb. Onların qoxu hissi 12 müxtəlif qoxudan ibarət testlə qiymətləndirilib və nəticələr "yaxşı", "orta" və "zəif" kimi təsnif olunub.
On il ərzində iştirakçıların 5,4 faizində ürəyin işemik xəstəliyi inkişaf edib. Analiz göstərib ki, zəif qoxu hissi olan şəxslərdə bu risk iki dəfə yüksəkdir. Əlaqə ilk illərdə daha güclü müşahidə olunub, lakin zamanla zəifləyib.
Tədqiqatçılar bildirirlər ki, bu əlaqə yaş, xolesterin səviyyəsi, siqaret çəkmə və şəkərli diabet kimi amillər nəzərə alındıqdan sonra belə statistik olaraq əhəmiyyətli qalıb.
Alimlərin fikrincə, qoxu hissinin zəifləməsi bədənin ümumi qocalmasının erkən əlaməti ola bilər və damar dəyişiklikləri ilə əlaqəli sistem pozğunluqları barədə xəbərdarlıq siqnalı kimi çıxış edə bilər.
Kardioloq Nil Şah qeyd edib ki, "əgər insan qəfil və izahsız şəkildə qoxu hissinin zəiflədiyini hiss edirsə, bu, orqanizmin digər gizli problemlərinin göstəricisi ola bilər və tibbi müayinə üçün ciddi səbəb sayılmalıdır."
İsmayıl Son.az
"Prior" komandası 8 Noyabr - Zəfər Günü üçün əkin sahəsinə
Prezidentin bu gün imzaladığı Sərəncamla Vaqif Qurbanova ölümündən 33
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Pəncəli Teymurov və Vaqif Qu
"Google" ən çox istifadə edilən naviqasiya tətbiqi olan "Go
Böyük Britaniyanın paytaxtı Londonun məşhur "Kings Place" mədə
ABŞ milyarderi qızıldan hazırlanmış unitazı 10 milyon dollara satışa ç
"Eurovision 2026" mahnı müsabiqəsində ilk təsdiqlənmiş iştirak
Şəhər yollarında ən çox əsəbləri tarıma çəkən hallardan biri də t�
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu t
"Obamızın müzəffərləri - Zəfərin adını daşıyan qəhrəmanlar&qu
Müğənni Aygül Səfərova açıqlaması ilə diqqət çəkib.
Azərbaycan mədəniyyət ictimaiyyəti 8 noyabr - Zəfər Günü münasibətil�
Noyabrın 30-dək Leonid meteor yağışı aktiv olacaq. Onun pik dövrü 17-18
