Mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb


Siyasət 07 Noy 2025 17:28:00 92 0

Mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti 8 noyabr - Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, məktubda qeyd olunub:

"Möhtərəm cənab Prezident,

Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı tarixi mübarizənin simvoluna çevrilmiş 8 noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə Sizi təbrik edir, Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə sonsuz ehtiram və minnətdarlığımızı bildiririk.

Memarı olduğunuz bu şanlı Zəfər xalqımızın əsrlər boyu daşıdığı ədalət idealının gerçəkliyə çevrilməsi, apardığı haqq mübarizəsinin ali zirvəsi və milli iradənin tarix qarşısında təntənəsidir. Vətən müharibəsi Azərbaycan üçün sadəcə hərbi, siyasi, diplomatik qarşıdurma deyil, mənəvi arxetiplərin toqquşması - ədalət və haqsızlığın, mərhəmət və zorakılığın, həqiqət və yalanın qarşılaşdığı sınaq meydanı idi.

Sizin rəhbərliyinizlə işğaldan azad edilmiş torpaqlara "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işləri xalqımızın qurub-yaratmaq əzmini nümayiş etdirir. Qısa zaman ərzində inşa edilən hava limanları, yollar, yaşayış məntəqələri və sosial layihələr müstəqil Azərbaycanın öz gücünə arxalanan inkişaf modelinin göstəricisidir. Bu, həm də müharibədən qalib çıxmış dövlətin sülh, tərəqqi və mədəni dirçəlişə yönəlmiş niyyətinin əksidir.

İşğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsin bərpa edilməsi, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər mədəni tədbirlərin bərpası bir daha sübut edir ki, Azərbaycanın qələbəsi həm də yüksək mədəniyyətin, sarsılmaz ruhun və mənəviyyatın Zəfəridir. Bütün bunlarmühüm mədəniyyət hadisəsi olmaqla yanaşı, həm də milli kimliyin iradəsi, dövlətçilik ideyalarının kodda təcəssümü, o cümlədən dövlətin milli-mənəvi, mədəni dəyərlərə verdiyi böyük önəmin təzahürüdür.

Azərbaycan xalqının milli mədəni irsinin yaşadılması, dünya miqyasında tanıdılması və beynəlxalq mədəni münasibətlər sistemində yüksək səviyyədə təmsil olunması istiqamətində həyata keçirilən işlərə verdiyiniz dəstəyə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident,

Bu əlamətdar və tarixi gündə Sizi ölkəmizin mədəniyyət ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın firavanlığı və rifahı, dövlətimizin möhkəmlənməsi və intibahı naminə ali və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik".


Xəbərə aid fotolar

Meteor yağışı olacaq  Bu tarixədək... like
  • 07 Noy 17:20  
Dünya Meteor yağışı olacaq Bu tarixədək...

Noyabrın 30-dək Leonid meteor yağışı aktiv olacaq. Onun pik dövrü 17-18

arrow Ətraflı
Vaan Kerobyan saxlanıldı like
  • 07 Noy 17:10  
Dünya Vaan Kerobyan saxlanıldı

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan həbs edilib.

arrow Ətraflı
Telefon ekranındakı cızıqlardan bu üsullarla xilas ola bilərsiniz like
  • 07 Noy 17:00  
Digərləri Telefon ekranındakı cızıqlardan bu üsullarla xilas ola bilərsiniz

Ağıllı telefonlar artıq həyatımızın böyük bir hissəsini əhatə edir.

arrow Ətraflı
Bu şəxslər mənzillə təmin olunacaqlar like
  • 07 Noy 16:52  
Digərləri Bu şəxslər mənzillə təmin olunacaqlar

Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin v

arrow Ətraflı
‘’Trendyol’’un ‘’Super alışveriş günləri’’ni Edis tanıdır like
  • 07 Noy 16:49  
Digərləri ‘’Trendyol’’un ‘’Super alışveriş günləri’’ni Edis tanıdır

Trendyol ilin ən böyük endirim kampaniyası "Super alış-veriş günlə

arrow Ətraflı
Bakcell abunəçisi 1 AZNlə lüks avtomobil sahibi oldu! like
  • 07 Noy 16:38  
Digərləri Bakcell abunəçisi 1 AZNlə lüks avtomobil sahibi oldu!

Bakcell-in süni intellekt əsaslı meqa lotereyasında daha bir "Zeekr 001

arrow Ətraflı
Azərbaycanın ilk hərbi təyyarəçisinə Milli Qəhrəman adı verildi like
  • 07 Noy 16:32  
Digərləri Azərbaycanın ilk hərbi təyyarəçisinə Milli Qəhrəman adı verildi

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi

arrow Ətraflı
Aysunun çılğın rəqsi müzakirələr yaratdı like
  • 07 Noy 16:30  
Şou-biznes Aysunun çılğın rəqsi müzakirələr yaratdı

Müğənni Aysun İsmayılova efirdə rəqsi ilə diqqət mərkəzinə düşüb.

arrow Ətraflı
Kənan Seyidova generalleytenant ali hərbi rütbəsi verildi like
  • 07 Noy 16:28  
Digərləri Kənan Seyidova generalleytenant ali hərbi rütbəsi verildi

General-mayor Kənan Əlihüseyn oğlu Seyidova "general-leytenant" al

arrow Ətraflı
“Pajizni cesi” 2 aylıq həbs olundu like
  • 07 Noy 16:27  
Digərləri “Pajizni cesi” 2 aylıq həbs olundu

Sosial şəbəkələrdə, xüsusilə canlı yayımlar zamanı mənəvi dəyərl�

arrow Ətraflı
Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib like
  • 07 Noy 16:08  
Siyasət Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib

Gizir Teymurov Pəncəli Nurməmməd oğluna ölümündən sonra Azərbaycanın

arrow Ətraflı
İlham Əliyev bir qrup hərbçini təltif etdi like
  • 07 Noy 16:05  
Siyasət İlham Əliyev bir qrup hərbçini təltif etdi

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif

arrow Ətraflı