Gecə tualetə qalxmağın arxasında bu səbəb dayanır Həkimdən maraqlı açıqlama
Digərləri 06 Noy 2025 06:06:00 70 0
Gecə tez-tez oyanıb tualetə getməyinizin səbəbini yaşlanma ilə əlaqələndirirsinizsə, bu sizi təəccübləndirə bilər. ABŞ-lı həkim Dr. Mark Burhenne-yə görə, bu vəziyyət çox vaxt nəfəsalma problemləri ilə bağlıdır.
Bu xəbəri də oxu: Ürək özünü bərpa edə bilirmiş Tibbdə inqilab
Son.az xəbər verir ki, "Ask the Dentist" layihəsinin yaradıcısı olan Dr. Burhenne bildirib ki, diş müayinəsinə gələn bir çox xəstəsi onun "gecə tualetə qalxırsınızmı?" sualına təəccüblə cavab verir:
"Onların çoxunda problem sidik kisəsi deyil, yatarkən düzgün nəfəs almamaları idi"
Həkimin sözlərinə görə, yuxu zamanı hava yolunun daralması və ya bağlanması bədəni daha çox güc sərf etməyə məcbur edir. Bu vaxt sinə boşluğunda mənfi təzyiq yaranır və ürək əzələsi gərilir.
Bu gərginlik nəticəsində orqanizm ANP (Atrial Natriüretik Peptid) adlı hormon ifraz edir. Hormon böyrəklərə "sodyumu və suyu xaric et" siqnalı göndərir.
Normalda beyin gecələr ADH (Antidiüretik Hormon) istehsal edərək bədənin suyu saxlamasını və yuxunun bölünməməsini təmin edir. Lakin ANP hormonunun artması ADH-nin fəaliyyətini zəiflədir. Nəticədə bədən daha çox sidik ifraz edir və insanlar gecənin bir yarısında oyanmaq məcburiyyətində qalır.
Mütəxəssislər bildirirlər ki, bu hal tez-tez yaşanırsa, səbəbi yuxu zamanı nəfəsin dayanması (apne) kimi pozğunluqlar ola bilər və həkimə müraciət etmək vacibdir.
Fidan Son.az
"İşte Benim Stilim" yarışması ilə tanınan və daha sonra cinsiy
Uşaqların immun sistemi və həzm orqanları hələ tam inkişaf etmədiyi ü�
Pendirin dadını və keyfiyyətini uzun müddət qorumaq üçün onu düzgün �
"Təzyiqin yüksəlməsi halında ilk növbədə, onu artıran amillər ara
Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda yerləşən daş karxanasında �
Paytaxtdakı şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlan�
ABŞ Prezidenti Donald Tramp Nyu-York bələdiyyə sədri seçkilərində qalib
ABŞ-nin Karnegi Mellon Universitetində aparılan yeni araşdırma göstərib
Azərbaycan Milli İncəsənət Muzeyində "Azərbaycan incəsənət xəzin
Müğənni Aysun İsmayılova növbəti dəfə efirdə ağılayıb.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Goranboy rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın
Aşıq Telli Borçalı ilə ARB TV-nin Əcəmi adlı əməkdaşı arasında müb
Bakı Kitab Mərkəzində ölkəmizin tanınmış elm, mədəniyyət və ictimai
