Kamaləddin Qafarov: “Elm strateji əhəmiyyətə malik sahədir”
Digərləri 04 Noy 2025 14:50:00 76 0
"3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı cənab Prezident İlham Əliyev elmin ölkənin gələcəyi üçün strateji əhəmiyyətini xüsusi vurğuladı. Dövlət başçısının bu çıxışı təkcə yubiley təbriki deyil, həm də Azərbaycan elminin növbəti inkişaf mərhələsinə istiqamət verən proqram sənədi kimi dəyərləndirilə bilər. Dövlət başçısı qeyd etdi ki, AMEA-nın 80 illik fəaliyyəti milli intellektual mühitin formalaşmasında, dövlətçilik düşüncəsinin elmi əsaslarının möhkəmlənməsində misilsiz rol oynayıb. Bu, həm tarixi irsin qorunması, həm də müasir tədqiqat istiqamətlərinin qurulması baxımından mühüm göstəricidir".
Bu xəbəri də oxu: Ən etibarlı 10 ailəvi krossover açıqlandı Yolda qoymur
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Prezident İham Əliyevin yubiley nitqində toxunduğu ən mühüm mövzulardan biri də elmə dövlət dəstəyinin konkret mexanizmlərlə təmin edilməsi barədə səsləndirdiyi fikirlər olub:
"Dövlət başçısı öz çıxışında Ulu Öndər Heydər Əliyevin elmi sahəyə göstərdiyi diqqət və qayğını xüsusi minnətdarlıqla xatırladaraq bildirdi ki, həmin siyasət bu gün müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Ulu Öndərin elmə yönəlik baxışları dövlətin inkişaf fəlsəfəsinin təməl prinsiplərindən biri idi və bu xətt hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Dövlət başçısının "elmin inkişafı dövlətin müstəqilliyi və təhlükəsizliyinin etibarlı təminatıdır" fikri göstərir ki, bu istiqamət yalnız mədəni və mənəvi dəyər deyil, həm də milli təhlükəsizlik amilidir. Məlum olduğu kimi, son on ildə elmə ayrılan vəsait iki dəfədən çox artırılıb. Bu artım elmin iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilməsi siyasətinin nəticəsidir. Elm iqtisadiyyat və sənaye ilə sıx bağlı olmalıdır və bu istiqamətdə artıq yeni idarəetmə modeli formalaşır.
Elmi tədqiqat institutlarının sənaye müəssisələri ilə əməkdaşlığı genişlənir, universitetlərdə tətbiqi araşdırmaların payı artır, elmi nəticələrin praktik dəyərə çevrilməsi prosesi dövlət tərəfindən stimullaşdırılır. Bu, həm də cənab Prezidentin elmin yalnız nəzəri müstəvidə qalmasına deyil, onun iqtisadi dövriyyəyə daxil olmasına yönəlmiş strateji baxışını əks etdirir. Müasir dövrdə ölkənin gücü yalnız təbii sərvətlərlə deyil, həm də bilik və texnologiyalarla ölçülür. Məhz buna görə Azərbaycan dövlətinin elm siyasəti uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilib. Bu yanaşma nəticəsində elm dövlətin innovasiya sistemində aparıcı element statusu qazanıb, alimlər cəmiyyətin sosial və iqtisadi proseslərində daha fəal iştirak etməyə başlayıblar. Cənab Prezident İlham Əliyevin "tükənməz sərvət neft yox, intellektual potensialdır" fikri yubiley çıxışının əsas ideoloji xəttini təşkil etdi. Bu ifadə Azərbaycan dövlətinin gələcəyə baxışının mahiyyətini dəqiqliklə ifadə edir. Elm və təhsil sahələrinə yönəlmiş sərmayə, əslində, ölkənin milli təhlükəsizlik sisteminin və davamlı inkişafının təməlidir. Dövlət başçısı xüsusi vurğuladı ki, Azərbaycan alimləri qlobal elmi proseslərdə, xüsusilə süni intellekt, informasiya texnologiyaları və enerji səmərəliliyi sahələrində fəal iştirak etməlidirlər".
Bu gün Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və
Noyabrın 4-də Günəşdə ikinci ən güclü sinfə aid olan M3.5 dərəcəli
"SOCAR-da hərc-mərclik də, qeyri-səmərəlilik də var idi. Hansı arqu
Son.az yazıçı-jurnalist Azər Qismətin yazısını təqdim edir:
Paytaxtın Xətai rayonu Gəncə prospektində çoxmərtəbəli binaların bəzi
Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdar
Xankəndidə küçələrdən birinə Osmanlı imperiyasının tanınmış sərk�
"WhatsApp"ın çoxdan gözlənilən "istifadəçi adı" funk
Bu gün, saat 05:50-də Bakı-Qazax avtomobil yolunun 248-ci kilometrliyində yo
Xəbər verdiyimiz kimi, bir müddətdir narkotik aludəçiliyindən əziyyət �
Türkiyədə yaşlı bir qadının Prezident Rəcəb Tayyib Ərdoğana etdiyi s�
Binəqədidə bir həftə əvvəl çəkilən asfalt çöküb.
Meyxana ustadı Ağamirzə Maştağalı sözləri ilə diqqət çəkib.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş y
Mənim tərəfimdən Türkiyə Prezidentinin Ermənistana səfərinin mümkünl�
