Balkonda paltar qurudursansa iki dəfə düşün
Digərləri 03 Noy 2025 21:28:00 75 0
Xüsusilə sıx nəqliyyatın olduğu ərazilərdə balkonda paltar qurutmaq ciddi sağlamlıq riski yaradır. Ekoloqların sözlərinə görə, şəhər mərkəzlərində və maşınların çox hərəkət etdiyi küçələrə baxan balkonlar fərqinə varmadan zərərli maddələri sanki "filtr" kimi toplayır.
Bu xəbəri də oxu: AMEAda yeni təyinat
Son.az xəbər verir ki, araşdırmalara əsasən, yaş paltarlar balkonda asılı vəziyyətdə olarkən havadakı çirkləndiriciləri özünə çəkir. Egzoz qazları, ağır metallar, tormoz tozları və his asanlıqla parçanın səthinə yerləşir.
Bu hissəciklərin hamısı kanserogen (xərçəng törədən) təsirə malikdir. Uzunmüddətli təmas nəticəsində bu maddələr ağciyərlərin fəaliyyətini zəiflədir və şiş xəstəliklərinin yaranma riskini artırır.
Mütəxəssislərin sözlərinə görə, çirkli havada qurudulan paltarların zərəri iki formada özünü göstərir:
Parça liflərinə hopmuş zərərli maddələr dəri təması yolu ilə bədənə keçə bilər;
Hissəciklər tənəffüs yolu ilə ağciyərlərə daxil ola bilər.
Elmi araşdırmalar göstərib ki, insan günün təxminən səkkiz saatını yuxuda keçirir. Bu isə çirkli havada qurudulmuş yataq dəsti və geyimlə uzunmüddətli təmas zamanı zərərli maddələrin bədənə keçmə ehtimalını artırır.
Ekoloqlar bildirir ki, hava çirkliliyinin yüksək olduğu ərazilərdə yaşayan insanlar bu təsirə daha çox məruz qalır. Xüsusilə uşaqlar, yaşlılar və xroniki tənəffüs xəstəliyi olan şəxslər üçün risk daha böyükdür. Bu qruplarda ağciyər infeksiyaları, nəfəs darlığı və dəri qıcıqlanması kimi problemlər daha tez-tez baş verir.
Təhlükəsiz paltar qurutmaq üçün tövsiyələr
Mütəxəssislər bildirir ki, balkonda paltar qurutmaq yalnız təmiz hava olan ərazilərdə, məsələn bağça tərəfli və ya aztrafikli məhəllələrdə daha təhlükəsizdir.
Şəhər mərkəzində və ya sənaye zonalarına yaxın ərazilərdə yaşayanlara isə bu tədbirlər tövsiyə olunur:
Mümkünsə paltarları qapalı, havalandırılan məkanda və ya qurutma maşınında qurudun;
Balkonda qurutmaq məcburiyyətindəsinizsə, nəqliyyatın az olduğu saatları seçin;
Paltarları toz və qazlardan qorumaq üçün tül və ya qoruyucu örtükdən istifadə edin.
Lalə Qüdrətova Son.az
Ötən gecə Göygöldə iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə
Ehtiyatda olan polis polkovniki Fazil Hüseynov vəfat edib.
Balakənin həbs edilən keçmiş icra başçısı İslam Rzayev apellyasiya şi
YAY Qalereyası gənc rəssam Mouk-un (Əli İsrafilov) "Asta-asta" ad
Müğənni Günel Ələkbərova "Öz aramızda" verilişində maraqlı
Azərbaycan paytaxtında ilk dəfə Baku Tango Marathon keçirilib - bu möhtə�
Türkiyədə vəfat edən azərbaycanlı həkim Fərqanə Abbasovanın nəşi Az
Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda Rusiya vətəndaşı olan
Müğənni Çinarə Məlikzadə keçmiş həyat yoldaşı, aktyor Əlibəy Məmm
Çoxları qırmızı ətin bişərkən sərtləşməsindən şikayətlənir.
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konserti keçiril
Daşkəsən rayonunda 20 yaşlı gənc marketdə iş yoldaşını qətlə yetiri
Xəbər verdiyimiz kimi, Bakı-Qazax avtomagistralının Göygöl rayonu ərazis
Tanınmış xanəndə və idmançı Pərviz Qasımov toyda muğam oxuduğu və m
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni layihəyə star
