Telefon qutuları boşalır: Artıq bu aksesuarlar içindən çıxmayacaq
Digərləri 09 Okt 2025 00:47:00 158 0
Ağıllı telefon istehsalçıları, ətraf mühiti qoruma siyasəti çərçivəsində telefon qutularındakı aksesuarları mərhələli şəkildə çıxarmağa davam edirlər. Son yeniliyə görə, bəzi şirkətlər artıq şarj kabellərini də qutu məzmunundan çıxarmağa başlayıb. Bu dəyişiklik texnologiya dünyasında böyük müzakirələrə səbəb olub.
Bu xəbəri də oxu: DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub FOTO
Son.az xəbər verir ki, istehsalçılar illərdir karbon izini azaltmaq məqsədilə telefon qutularını sadələşdirirlər. Əvvəllər qutularda qulaqcıq, şarj adapteri və kabel kimi bir çox aksesuar yer alırdı. Son dövrlərdə isə bu aksesuarlar tədricən azaldılaraq yalnız telefonun özü qalır.
Ən son qərarla, şarj kabelinin də çıxarılması gündəmə gəldi və bu xəbər geniş rezonans doğurdu.
Qutulardan aksesuarların çıxarılması tendensiyasını ilk dəfə Apple başlamışdı. Şirkət, "ətraf mühit dostu siyasət" çərçivəsində əvvəlcə qulaqcıqları, daha sonra isə şarj adapterlərini qutu məzmunundan çıxardı.
Apple-dan sonra bu istiqamətdə addım atan markalardan biri də Sony oldu. İstifadəçilər bildiriblər ki, Xperia 10 VII modelinin qutusundan yalnız istifadəçi təlimatı çıxır - nə şarj adapteri, nə də kabel mövcuddur.
Apple da qısa müddət əvvəl AirPods 4 və AirPods Pro 3 modellərinin qutularından şarj kabellərini çıxararaq eyni siyasəti tətbiq etmişdi. Şirkətlər bu qərarı qısa müddətli ekoloji addım kimi təqdim etsə də, istifadəçilər arasında ciddi narazılıq yaranıb. Bir çox alıcı, yüksək qiymətə satılan telefonların qutularından vacib aksesuarların çıxarılmasını "əsassız qənaət" kimi dəyərləndirir.
Bu dəyişikliklə, gələcəkdə yeni telefon alanların şarj adapteri və kabeli ayrıca almaq məcburiyyətində qalacağı gözlənilir. Şirkətlər isə bu siyasətin uzunmüddətli perspektivdə daha az tullantı və daha təmiz ətraf mühit yaradacağına inanır. Lalə Qüdrətova Son.az
Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərin ke
 Ətraflı
 Ətraflı
                                                Cinayətkar dəstə rəhbəri kimi tanınan və "Kölnün atası" (Kö
 Ətraflı
 Ətraflı
                                                Bakı şəhəri Nərimanov rayonunda fərdi yaşayış evində partlayış olub.
 Ətraflı
 Ətraflı
                                                Əməkdar artist Yusif Mustafayevin kapitan oğlu Tərlan Mustafayev vəzifəsin
 Ətraflı
 Ətraflı
                                                Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 5 il ö
 Ətraflı
 Ətraflı
                                                Son.az 9 oktyabr üçün günün ulduz falını təqdim edir:
 Ətraflı
 Ətraflı
                                                Darçının özünəməxsus cəzbedici ətri ilə hazırlanan darçınlı peçen
 Ətraflı
 Ətraflı
                                                Bir neçə gün əvvəl vəfat edən əməkdar artist Cabir İmanovun dəfnində
 Ətraflı
 Ətraflı
                                                Məşhur müğənni İrem Derici narkotik əməliyyatı çərçivəsində saxlan
 Ətraflı
 Ətraflı
                                                Xiaomi yaxın zamanda ən güclü modellərindən olan Xiaomi 17 və 17 Pro smar
 Ətraflı
 Ətraflı
                                                Türkiyədə narkotik maddə istifadəsi ilə bağlı aparılan istintaq çərç
 Ətraflı
 Ətraflı
                                                Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox rast gəlinən bədxassəli şi
 Ətraflı
 Ətraflı
                                                Aktyor Tahir İmanov qardaşı Cabir İmanovun ölümündən sonra videoaçıqla
 Ətraflı
 Ətraflı
                                                İspaniya parlamenti İsrailə silah embarqosu tətbiq olunması barədə qərar
 Ətraflı
 Ətraflı
                                                40 yaşlı milyarder, Teleqram messencerinin qurucusu Pavel Durov Qazaxıstanda
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            